Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


12.02.2020  18:25 

Bakıda mitinq keçirilməsinə icazə verildi - YENİLƏNİB





A+  A-

Bakı şəhər İcra Hakimiyyəti Müsavat, REAL partiyaları və digər müxalifət nümayəndələrinin Bakıda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
BŞİH-dən XəzərNews.az-a verilən məlumata görə, müraciətə baxılıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" İdman Klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib:

"Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş 11 fevral 2020-ci il tarixli müraciətə tərəfimizdən yenidən baxılıb. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda 4 iş günü əvvəl təqdim olunub. Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir və müraciətin baxılmamasına əsas verir. Buna görə şöbə tərəfindən qanunvericiliyə uyğun olaraq məsələyə baxılması məqsədəuyğun hesab edilməyib. Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərliyi müraciətçilərin istək və arzularını nəzərə alaraq, bu məsələyə yenidən baxıb.

Müəyyən edilən ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan – 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 may küçəsi “Neftçi İdman Klubu İctimayi Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edirik".

Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət edib.

*** 16:18

İcra Hakimiyyətindən XəzərNews.az-a verilən məlumata görə, meriyada müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri, Nəsimi rayonu, "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.

Xəbər 1453 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +