İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


07.01.2020  20:27 

“Qızım başından vurulub, 3-4 gün öncəyə qədər sağ olub” - Nərminin atası





A+  A-

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Hazırda hüquq-mühafizə orqanlarına daxil olan qurumlar bu hadisə ilə bağlı araşdırmalar aparırlar.
XəzərNews.az-ın məlumatına görə, mərhum Nərmin Quliyevevanın atası Şərif Quliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qızı başından vurularaq öldürülüb: "Respublika prokurorluğunun əməkdaşları, ekspertlər gəlmişdi. Onların rəhbəri Nadir müəllim özü də bizimlə danışdı, lazım olan hər şeyi edəcəklərini dedi. Meyiti xaricini ekspertizadan keçirdilər, üzərindən nümunələr götürüldü, dəqiq məlumatlar bir müddət sonra ekspertin rəyi əsasında bəlli olacaq. Amma indi ekspert dedi ki, Nərmin başından küt alətlə vurulub, onun izi qalıb. Qızım 3-4 gün öncəyə qədər sağ olub. Güman ki, hardasa gizli yerdə məcbur saxlanılıb. Bədəni demək olar ki, tam yanıb. Heç cənazəni yumaq üçün uyğun deyil. Qızımın meyitini bir saat əvvəl bizə veriblər, indi evə gətirmişik. Nərmini sabah kənd qəbiristanlığında dəfn edəcəyik".

Ş.Quliyev əlavə edib ki, qızı Nərmin noyabrın 21-i günorta saatlarında itkin düşüb, lakin axşam saat 21 radələrində polisə müraciət ediblər: "Əvvəl fikirləşdik ki, yəqin nənəsigilə gedib. Ona görə polisə gec dedik. Amma bu 47-48 gün ərzində polislər daim bizimlə olub, hər gün axtarış aparırdıq. Qonşu kəndlərdə də axtarışlar gedirdi. Dünən axşam saatlarında qızımın meyitini tapıb bizə verdilər. Kömək edən, əziyyəti olan hər kəsə təşəkkür edirik. Hazırda istintaq gedir, hələ ki hər yaxşı qaydasındadır. Tezliklə qızımın qatilinin tapılacağına inanırıq, hüquq-mühafizə orqanlarına minnətdarıq".

Ş.Quliyev deyib ki, qardaşı və qardaşı oğluna qarşı ittihamlar sadəcə şayiədən ibarətdir: "Bunlar hamısı yalandır. Mən Nərmini göndərdim ki, qardaşımgildən gödəkçəmi gətirsin. O gec gəldiyi üçün arxasıyca böyük bacısını göndərdim. Bacısı gedəndə yolda sarı rəngli maşın saxlayıb, ona deyib ki, gəl səni aparım. Böyük qızım isə maşına minməyib. Həmin maşının Nərminlə rastlaşıb-rastlaşmadığını isə heç kim görməyib. Böyük qızım o adamı tanımayıb, bizim kənddən deyilmiş. Nərmin isə mənim gödəkçəmi qardaşımgildən götürüb çıxıb, bundan sonra itkin düşüb və onu görən olmayıb.

Ş.Quliyev qızına təcavüz olunması ehtimalları ilə bağlı hazırda dəqiq bir söz deyə bilməyəcəyini bildirib: "Ekspertlər də bununla bağlı konkret bir söz demədilər. Bu məsələ istintaqın gedişatında bəlli olacaq".

Xəbər 1283 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +