Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


13.12.2019  14:43 

Azərbaycanda pilotsuz taksi xidməti işə başlayacaq





A+  A-

Dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün "ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsi 2020-ci ildə pilot layihə olaraq həyata keçiriləcək.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət”) sədri Ülvi Mehdiyev bu gün "Azərbaycan Dəmir Yolları" QSC və "İdrak Texnoloji Transfer” MMC ilə "ASAN Railway" layihəsinə dair imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memarandumun detalları barədə məlumat verərkən deyib.

Ü.Mehdiyev qeyd edib ki, "ASAN Railway" vasitəsilə həm sərnişin daşıma xidməti, həmçinin yükdaşımalar həyata keçirilə bilər.

Onun sözlərinə görə, layihə ilk dəfə həyata keçirildiyinə görə çox ciddi təhlükəsizlik konsepsiyası hazırlanır: "Bütün sınaqlardan keçdikdən sonra 2020-ci ilin sonlarında ilk prototipi hazırlanacaq və pilot layihə olaraq istifadəyə veriləcək".

O vurğulayıb ki, yerli konsept olacaq: "Qatarın detallarına qədər burda istehsalı təşkil olunacaq, layihənin digər ölkələrdə də tətbiqi gözlənilir".

Ü.Mehdiyev əlavə edib ki, dəmir yolu şəbəkəsi sərnişin və yük daşımaları müəyyən vaxt intervalında həyata keçirir:

"Bu intervalda olan sərbəst vaxtda insanlar dəmir yolu ilə taksi sifariş edə bilərlər. Bu cür layihə Yaponiyada tətbiq edilir. Bununla yanaşı, Azərbaycanın dəmir yolu şəbəkəsi genişlənir. Bakı- Tbilisi -Qars, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq layihələr həyata keçirilir, yəni Azərbaycan dəmir yolu şəbəkəsi dünyanın habına çevrilib. Bu şəbəkədən səmərəli istifadə etmək , həm Azərbaycan vətəndaşları üçün, həm turistlər üçün yeni sərnişin daşıma xidmətini yaratmağa hədəflənib."ASAN Railway" unikal layihədir və Azərbaycan buna imza atır".

Xəbər 2044 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +