İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


02.07.2019  13:54 

Özünü yandıran keçmiş döyüşçüyə görə həkim işdən çıxarıldı





A+  A-

2019-cu il iyunun 28-də Mingəçevir şəhər sakini İsmayılov İmamverdi Səxavət oğlunun özünə qəsd edib yandırması ilə bağlı hadisənin araşdırılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən komissiya yaradılıb.
Bu barədə XəzərNews.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

“Mərhumun 2015-ci il təvəllüdlü övladının hərarətinin yüksəlməsi səbəbindən iyunun 26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib, xəstədə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub. Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə, uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib. İyunun 28-də saat 00:31-də uşaq 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, yuxarıda qeyd edilən diaqnoz bir daha təsdiqlənib. Uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilməyib”,-deyə Agentlik bəyan edib.

Qeyd edilib ki, baş vermiş hadisə ilə bağlı hazırda Cinayət Məcəlləsinə əsasən cinayət işi başlanılıb. İyunun 28-də mərhumun övladına xidmət göstərən həkim Cəfərov Elxan istintaq müddətində işindən uzaqlaşdırılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi sözügedən xəstəxananın həyətində özünə qəsd etmiş vətəndaş İmamverdi İsmayılovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

İntihar etmiş İmamverdi İsmayılov Aprel döyüşlərinin iştirakçısı olub. Ordudan tərxis olunduqdan sonra isə Mingəçevir Qaz İstismar sahəsində işləyirdi.

Məlumatlara görə, İmamverdi İsmayılovun özünü yandırmasına həkim Elxan Cəfərov və xəstəxananın mühafizəçiləri ilə mübahisə etməsi səbəb olub. İddialara görə, ata uşağının durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. Belə ki, o, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Daha sonra vəfat edib.

Xəbər 1084 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +