Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


29.01.2019  09:05 

Azərbaycanda 2000-ə yaxın məntəqə su altında qala bilər





A+  A-

Azərbaycanda əhalisi 2 milyon nəfərdən çox olan 2000-ə yaxın yaşayış məntəqəsinin daşqın və subasma riski altında olması müəyyənləşdirilib.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə tədqiqatı aparmış Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda daşqın və subasma hadisəsi son illərdə ölkə iqtisadiyyatına vurduğu zərərə görə bütün təbii fəlakətləri üstələyib. Ona görə də Azərbaycanda daşqın və subasmanın təsərrüfat sahələrinə və yaşayış məntəqələrinə vurduğu zərərlərdən asılı olaraq rayonlaşdırılması aparılıb.

N.Paşayev əlavə edib ki, Göyçay bölgəsi istisna olmaqla, bütövlükdə Aran iqtisadi rayonunun ərazisi daşqın və subasmanın daha çox ziyan vurduğu rayona daxildir:

“Bu rayonda əhalisi 1500 nəfərdən çox olan 700-dən artıq yaşayış məntəqəsi daim daşqın və subasma təhlükəsi altındadır. Son 20 ildə bu rayonda 2003,2006 və 2010-cu illərdə baş verən daşqın və subasmalar daha geniş əraziləri əhatə edib və respublika iqtisadiyyatına 1 milyard manatdan çox ziyan dəyib. Daşqın və subasmalar nəticəsində bu rayonun iqtisadiyyatına orta hesabla hər il 30-50 milyon manat həcmində ziyan dəyir”.

Alim qeyd edib ki, daşqın və subasmanın çox ziyan vurduğu rayona Şəki-Zaqatalada Qanıx-Əyriçay ovalığı, Naxçıvan Muxtar Respublikasında Arazboyu düzənliklər, Lənkəran-Astara iqtisadi rayonunda Lənkəran ovalığı, Quba-Xaçmazda Samur-Dəvəçi ovalığı daxildir. Hazırda bu rayonda əhalisi 1 milyondan çox olan 600-dən artıq yaşayış məntəqəsi daşqın və subasma təhlükəsi olan ərazilərdə yaşayır.

Daşqın və subasmanın orta dərəcədə ziyan vurduğu rayona Abşeron iqtisadi rayonu, Dağlıq Şirvan və Gəncə-Qazax iqtisadi rayonlarının dağətəyi düzənlikləri, Göyçay, Tərtər, Ağdam, Füzuli və Qusar bölgələri daxildir. Bu rayonda əhalisi 400 mindən nəfərdən çox olan 200-ə yaxın yaşayış məntəqəsi daşqın və subasma təhlükəsi altındadır.

Daşqın və subasmanın az ziyan vurduğu rayona Şəki-Zaqatala, Naxçıvan Muxtar Respublikası və Lənkəran-Astara iqtisadi rayonlarının alçaq və orta dağlıq hissələrini, Ağstafa, Tovuz, Qazax, Samux bölgələrinin əraziləri əhatə edir. Bu rayonda əhalisi 90 min nəfər olan 150-dən çox yaşayış məntəqəsi daşqın və subasma riski altındadır.

Xəbər 1018 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +