Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.01.2019  15:19 

“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan





A+  A-

Rejissor Kənan Mahmidovla aparıcı İlkin Həsəni arasında yaranan qalmaqal səngimək bilmir.
XəzərNews.az xəbər verir ki, bir-birini tənqid edən, hətta söyüşlərin yazıldığı statusdan sonra Kənan daha bir açıqlama yayıb.

O, İlkinə yazdığı “Dəfələrlə “razborka”larında səni şapalaqlanmaqdan qorumuşam” rəyinə aydınlıq gətirib. Rejissor mərhum xalq artisti İlhamə Quliyevanın mühafizəçisinin vaxtı ilə İlkini “razborka”ya çağırdığını qeyd edib:

“2002-2003-cü illər olardı, mən hələ təzə-təzə tanınırdım, bir dostumu internətdə söymüşdülər. Əhmədli metrosunun yanına hardasa 15-ə yaxın dost-tanışla məsələni həll etməyə getdik, həll olundu. Daha sonra Allah rəhmət eləsin, hər kəs bilir ki, İlhamə Quliyeva qalmaqallı sənətçimiz olub. 2005-ci ildə onun haqqında nəsə xoşagəlməz süjet hazırlanmışdı və aparıcı da elə həmin dost bildiyim oğlan idi. İlhamə xanımın İlqar adında cangüdəni onu (İlkin Həsəni) söhbətə çağırmışdı, həmin şəxs silahlı və içkili idi.

Dostluq mənim üçün müqəddəs amildir, təbii ki, dovşan dostumuz gəcə saat 3-də mənə dedi və mən tək getdim, dostum isə maşında oturdu. Sağ olsun, İlqar məni anladı, haqsız olduğumuz halda söhbəti bağladıq, dostumun gözlərindəki sevinc hələ də yaddaşımdan getmir. Elə bil dünyaları ona vermişdilər. Bu mənə yetərdi. Mənim dünyamda güclü-gücsüz insan yoxdur, haqlı-haqsız insan var. Mən yıxanın yox, yıxılanın yanındayam. Həyatda illər keçdikcə biz insan olaraq çox şeyləri unuduruq. Amma, guya, unutmuşuq kimi yaşayırıq. Unutmağın adı isə nankorluq, ikiüzlülük və nakişilikdir. Bu olayların baş qəhrəmanı hamının “Şəmi müəllim” kimi tanıdığı İlkin Həsənidir”.



Xəbər 1175 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +