İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


05.12.2018  11:58 

MTRŞ telekanalları yoxladı - Nəticə bərbaddır





A+  A-

Teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair konfrans keçirilib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, milli telekanallarda (Bakıdan yayımlanan 6 adda TV - İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV və 12 adda yayımlanan (İctimai radio, Azad Azərbaycan, Antenn, 105.5 FM, Jazz FM, Space, Xəzər, Media FM, ARAZ FM, Avto FM, ASAN) radio verilişləri dili monitorinqə cəlb olunub. Yayımlanan verilişlər mövzu istiqamətinə görə təhlil edilib.

Nəticələrə əsasən, ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur. Monitorinqin nəticəsində qeydə alınan 4 633 faktdan 2 765-i fonetik, 511-i leksik, 684-ü üslubi səviyyədə norma pozulmasının göstəricisidir.

Televiziya verilişlərinin monitorinqi zamanı 3120 (o cümlədən 564 xəbər, 2 554 qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 1695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubi səviyyəyə aiddir.

Radioların dilinin monitorinqi zamanı 1017 (o cümlədən 219 xəbər, 796 qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 692 fonetik, 102 leksik, 144 qrammatik, 79 üslubi səviyyəyə aiddir.

TV reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 68 fonetik, 21 leksik, 15 qrammatik, 4 üslubi səviyyəyə aiddir.

Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 (o cümlədən 195 bədii, 106 cizgi, 81 sənədli, 6 veriliş ) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 310 fonetik, 18 leksik, 33 qrammatik, 27 üslubi səviyyəyə aiddir.

Xəbər 1168 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +