Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


24.09.2018  18:58 

Ukraynadakı səfirimiz soydaşlarımıza qarşı “səlib yürüşü”nə çıxdı - Azər Xudiyevdən erməni nazirə şikayət





A+  A-

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bağlı redaksiyamıza sensasiya doğuracaq məlumatlar daxil olub. Səfirliyin blankı, Azər Xudiyevin imzası olan məktub heyrət doğurmaya bilmir. Belə ki, cənab səfir Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakyana məktub ünvanlayaraq ona olan simpatiyasından, hörməti-izzətindən ağız dolusu bəhs edir.
Məktubdan oxuyuruq ki, səfir Azər Xudiyevin bu qədər “dil-ağız” etməsinin səbəbi Avakyanla görüşmək istəyidir. Təkcə görüşməkmi? Bir görüş üçün bu qədər dil tökmək nəyə lazım? Hər halda diplomatik yazışma, protokol da bunu tələb etmir. Əlbəttə ki, yox…

XəzərNews.az istiqlal.az-a istinadən bildirir ki, məktubun ortasında Arsen Avakyan Ukraynada yaşayan tanınmış bir azərbaycanlını şikayət edən Azərbaycanın səfiri onun haqqında ölçü götürülməsini xahiş edir. Şikayət etdiyi adamın guya Azərbaycanın Ukraynadakı səfirliyinin vəsiqəsini gəzdirməkdə, həmin vəsiqədən hansısa yerlərdə (!?) istifadə etməkdə ittiham edən Azər Xudiyev faktiki olaraq bu ölkədə yaşayan soydaşlarımıza qarşı “səlib yürüşü”nə çıxıb.

Əslində erməni Avakyana şikayət olunan azərbaycanlının diplomat olduğu bildirilir. Əgər həqiqətən də (bu barədə araşdırmamız davam edir) səfirin Avakyana “danosladığı” azərbaycanlı həqiqətən də diplomatdırsa, o halda bu adam səfirliyin adından, vəsiqəsindən niyə istifadə etsin ki? Yaxşı, bu adam haqqında niyə Azərbaycan XİN-ə deyil, erməni nazirə şikayət olunsun. Bu etkidirmi?

Əslində A.Xudiyevin şikayət etdiyi təkcə sözügedən məktubda qeyd olunan azərbaycanlı deyil. Cənab səfir başqa azərbaycanlılar haqqında da Ukraynanın hüquq-mühafizə orqanlarına şikayət məktubları göndərib. Bir səfirin işi bundan ibarətdirmi? Prezident Azər Xudiyevi azərbaycanlılara divan tutmaqçünmü Ukraynaya göndərib? Bu nə rəzalət? Axı nə baş verir?

Məsələ ondan ibarətdir ki, Azər Xudiyev Ukraynaya təyin olunandan sonra bu ölkədə yaşayan azərbaycanlıların hakimi-mütləqi olmaq istəyir. Hamı ona itaət etməli, dediyi ilə oturub-durmalı, bir sözlə onun və bir-iki iş bilməz əlaltısının sözündən, hökmündən çıxmamalıdırlar. Bu isə mümkün deyil. Əlbəttə, mümkün olmayanda da zərbə sadə, vətənpərvər azərbaycanlılara dəyir. O azərbaycanlılara ki, illərdir Ukraynada yaşayır, Azərbaycan üçün təmənnasız çalışır, dövlətimizi layiqincə təmsil etməyə çalışırlar.

Mövzunu davam etdirəcəyik. Təsdiq üçün gözlədiyimiz maraqlı video-görüntülər, fotolar, sənədlərdən ibarət faktlar var.



Xəbər 2315 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +