İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


15.08.2018  09:17 

Xəzəryanı ölkələr brakonyerliyə qarşı birgə mübarizə aparacaq





A+  A-

Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın bu ilin noyabr ayında keçiriləcək ikinci sessiyasında Xəzər dənizində brakonyerliyə qarşı birgə mübarizənin aparılması məqsədilə Xəzəryanı ölkələr arasında protokol imzalanacaq.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

M.Axundovun sözlərinə görə, həmin protokol əsasında Xəzəryanı ölkələrin hüquq-mühafizə orqanları, sərhəd qoşunları brakonyerliyə qarşı birgə tədbirlər həyata keçirəcəklər.

İnstitut direktoru qeyd edib ki, nərəcinsli balıqların populyasiyasının artımına nail olmaq üçün onların qanunsuz ovunun da qarşısı alınmalıdır. Bunun üçün isə regional səviyyədə birgə səylər göstərilməli, Xəzəryanı ölkələrin hüquq-mühafizə orqanları birgə əməkdaşlıq etməlidir.

M.Axundov əlavə edib ki, ikinci sessiyada Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması barədə hökumətlərarası saziş layihəsinin sonuncu variantının təqdim ediləcəyi də gözlənilir.

ETSN rəsmisi qeyd edib ki, 2010-cu ilin noyabr ayında Bakıda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının 3-cü zirvə görüşündə hökumətlərə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması barədə hökumətlərarası sazişin hazırlanması tapşırılmışdı: “Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya 2010-cu ilin sonunda keçirilən sessiyada belə bir qərar çıxardı ki, Xəzəryanı ölkələr həmin saziş imzalana qədər texniki moratorium tətbiq etsin. Bu, o deməkdir ki, dövlətlərarası saziş olmasa da, biz bir-birimizə bu balıqları ovlamamaq barəsində söz vermişik. Bu balıqlar yalnız balıqartırma məqsədləri, qismən, yəni çox kiçik həcmdə də elmi-tədiqat məqsədləri üçün ovlana bilər. 2011-ci ildən başlayaraq, Xəzəryanı ölkələr moratoriumun müddətini hər il uzadır. Hökumətlərarası saziş imzalandıqdan sonra isə artıq moratoriumun qoyulması rəsmi şəkildə olacaq”.

Xəbər 1060 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +