Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


13.08.2018  16:28 

DTX hərbçiləri şantaj edən reket jurnalistləri saxladı





A+  A-

Dövlət Təhülkəsizlik Xidməti “reketlik fəaliyyəti” ilə məşğul olmaqda şübhəli bilinən şəxsləri saxlayıb.
DTX-dan XəzərNews.az-a verilən məlumata görə, “El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşr”in təsisçisi və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeçiliyində olan Cümşüdova Günel Cəlil qızı və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilib, Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanıb.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi “90-PF-742” dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılıb, əvvəlcədən üzəri xüsusi qaydada işarələnmiş pullar, əllərində isə həmin pulların üzərinə çəkilmiş xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar tərəfindən gizli qaydada informasiya alınması üçün texniki vasitələrdən istifadə etməklə insanların güdülməsi, gizli videoçəkilişlərin aparılması, qanunla əməliyyat tədbiri hesab edilən sair əməllərin qanunsuz həyata keçirilməsi, insanların intim münasibətə cəlb edilməsi və sair yollarla toplanmış materiallar əsasında ayrı-ayrı şəxslərin şantaj edilməsi, müxtəlif məbləğlərdə pul tələb edilib alınması, bu üsulla müxtəlif təşkilatlardan dövri haqq toplanılması, hərbi qulluqçuların hər birindən əlavə digər hərbçilərin təsir altına salınmasına şərait yaratmalarının tələb edilməsinə dair çoxsaylı sübutlar, saxta media vəsiqələri və sair dəlillər aşkar edilərək götürülüb.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər cinayət əməlləri barədə ətraflı ifadələr veriblər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilməklə Zöhrab Ağayev, Günel Cümşüdova və digərlərinin oxşar qanunsuz əməllərindən zərər çəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

VİDEO

Xəbər 4700 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +