İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


31.07.2018  15:38 

“Diasporun gücünü yenidən parçalamağa çalışırlar“ - Diaspor sədrləri mediaya səsləndi





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mərkəzi qərargahında bu ölkədə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda təşkilatların birgə fəaliyyət istiqamətləri və Koordinasiya Şurasının yaradılması ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Müzakirələrdə birbaşa iştirak edə bilməyən işçi qrup üzvləri, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri onlayn şəkildə müzakirələrə qoşularaq, fikir mübadiləsi aparıblar.

İşçi qrupun növbəti iclasınadək Ukraynada fəaliyyət göstərən, qeydiyyatdan keçmiş, diaspor təşkilatlarının və diaspor fəallarının sayının dəqiqləşdirilməsi, birgə fəaliyyət məqsədlərinin müəyyənləşdirilməsi, Koordinasiya Şurasına üzv olmaq istəyənlərin sənədlərinin hazırlanması ilə bağlı konkret iş bölgüsü aparılıb.



Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov İşçi Qrupun qərarları ilə tanış olublar, alınan qərarları dəstəkləyiblər. Hər iki sədr birgə fəaliyyət istiqamətində təklif olunan bütün ideyalara açıq olduqlarınını, bu istiqamətdə akiv çalışan İşçi Qrupa hər cür dəstək verməyə hazır olduqlarını bəyan ediblər.



Hər iki diaspor sədri qeyd edib ki, Ukraynadakı diaspor təşkilatlarımızın həmrəylik mesajlarından sonra bəzi internet saytlarında xoşa gəlməyən yazılar çap olunur, birlik çağrışlarına kölgə salınır, adı və mənbəyi bəlli olmayan hansısa “diaspor fəalı”na istinadən diasporun gücünü yenidən parçalamağa çalışırlar: “Azərbaycan mətbuatından bizim fəaliyyətimizi dəstəkləmələrini, dövlətimizin, xüsusən də Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin təşəbbüsü ilə əldə olunan qərarlara kölgə salmamalarını xahiş edirik”.



İşçi qrupun növbəti iclası 4 avqust 2018-ci il tarixinə təyin edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Avropaya səfər çərçivəsndə 17-19 iyul 2018-ci il tarixlərdə Ukraynada bir sıra görüşlər keçirib. Səfər çərçivəsində Ukraynada fəaliyyət göstərən diaspor nümayəndələri və azərbaycanlı gənclərlə görüşlər keçirilib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi diaspor təşkilatlarının rəhbərləri ilə görüşən Komitə sədri Fuad Muradov diaspor hərəkatının daha da gücləndirilməsi, eyni zamanda Ukraynada yaşayan azərbaycanlıların daha çevik koordinasiya olunması baxımından təşkilatların birgə fəaliyyətinin zəruri olduğunu qeyd edib. O cümlədən, Komitə sədri bundan sonra heç kəsə qarşı ayrı-seçkiliyin olmayacağı, Koordinasiya Şuralarının və həmsədrlik institutunun formalaşdırılacağı barədə diaspor nümayəndələrinə məlumat verib.



Diaspor nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə birgə fəaliyyət istiqamətləri müzakirə olunub. Nəhayət, keçirilən gərgin interaktiv müzakirələr öz nəticəsini verib, uzun müddətdən bəri ikiyə bölünmüş, aralarında ciddi fikir ayrılıqları olan diaspor nümayəndələrini öz ətrafında cəmləşdirmiş Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi birgə fəaliyyət barədə yekdilliklə qərar qəbul ediblər. Prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrup yaradılıb. Aktiv şəkildə fəaliyyətə başlayan işçi qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə bağlı razılığa gələrək Şuranın ilk iclasını keçiriblər.

Xəbər 1318 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +