Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


30.07.2018  12:09 

Alimlərdən xəbərdarlıq — Kainat hər an məhv ola bilər





A+  A-

“The European Physical Journal C” jurnalında yeni elmi məqalə dərc edilib.
XəzərNews.az xəbər verir ki, Kant adına universitetin fizika alimləri qara enerjinin riyazi modellərini incələyiblər. Məlum olub ki, bizim Kainat istənilən daha faciəvi ola bilər.

Yeni sinqulyarlıq modeli göstərib ki, Kainatımız getdikcə daha da təhlükəli olur. Məlum olub ki, bəzi sinqulyarlıqlar istənilən an qəflətən ortaya çıxa bilər. Nə ulduzlar, nə də qalaktika belə bir faciədən sağ qala bilməz.

XX əsrin sənu, XXI əsrin əvvəllərində kosmosla bağlı bir sıra kəşflər edilib. Məsələn, Kainatın genişlənməsi, qara materiya və enerji, qravitasiya dalğaları. 1998-ci ildə alimlər sübut etdilər ki, Kainatımız artan sürətlə genişlənir. Bu sürətlənmənin səbəbi isə Kainatın “qara sahəsi”dir. Kainatın 95.1%-i “qara sektor”un payına düşür. Bu sektorun isə 26.8%-i tünd materiyadan və 68.3%-i qara enerjidən ibarətdir.
Qara enerjinin nə olduğu barədə isə üç hipotez var. Birinci hipotezə əsasən, qara enerji kosmoloji konstantdır. İkinciyə əsasən isə, qara enerji kvintessensiya, yəni zaman və məkana uyğun olaraq dəyişən dinamik sahədir. Üçüncü versiyaya əsasən isə qara enerji qravitasiyaların bir başqa formasıdır.

“Kainatın gələcəyi bu versiyalardan hansının doğru olmasına bağlıdır. Əgər ikinci hipotez düz çıxsa, gələcək çox qəribə və xoş olmayan sürprizlərlə zəngin olacaq. Sürətli genişlənmə zamanı sinqulyarlıq yarana bilər. Məsələn, kvintessensiyanın təzyiqindən partlayış baş verə bilər”, - deyə alimlərdən biri qeyd edib.

Xəbər 1354 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +