Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.07.2018  10:15 

“Sabah əhali fasiləsiz su ilə təmin olunacaq”





A+  A-

Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, sutəmizləyici qurğular tam gücü ilə fəaliyyətini bərpa edib: "Artıq vəziyyət stabilləşib, həm Kür, həm Ceyranbatan, həm də Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə tam həcmdə su gəlir. Bu gün səhər saatlarından əksər ərazilərə suyun verilişini təmin etmişik. Yasamal, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Suraxanı, Sabunçu və Binəqədi rayonlarında hətta yüksəkmərtəbəl binalara da suyun verilməsi təmin edilib. Ola bilər ki, qismən təzyiq az olar, bəzi yerlərdə yuxarı mərtəbələrə su qalxmaya və bir neçə evdə lokal problem yarana bilər. Amma biz suyun verilməsində artıq stabillik əldə etmişik və günün ikinci yarısına tam stabillik əldə olunacaq. Rejimlə tam su verilməsini isə sabaha planlaşdırırıq. Yəni, həm anbarlara suyun tam həcmdə doldurulması, həm də lazımi təzyiqlərin alınması sabah mümkün olacaq. Sabah artıq əhali fasiləsiz su ilə təmin olunacaq".

A.Cəbrayıllı bildirib ki, dünənə nisbətən bu gün suyun təchizatı xeyli yaxşılaşıb: "Dünən su ilə təmin olunmayan əksər abonentlər də bu gün su alıb. Artıq ehtiyat tədbirləri də görülür. Bütün anbarlar doldurulur ki, axşam vaxtlarında Yeni Günəşli, Köhnə Günəşli qəsəbələri, Xətai, Sabunçu və Binəqədinin su almayan ərazilərini su ilə təmin edək".

Xəbər 969 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +