Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


02.07.2018  13:05 

Yeni paytaxt salına bilərmi? - RƏY





A+  A-

Ölkədə urbanizasiya proseslərinin tənzimlənməsi çox vacib məsələdir.
XəzərNews.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Hələ bir neçə il öncə bu məsələni dilə gətirdiyini deyən komitə sədrinin sözlərinə görə, bu istiqamətdə müəyyən addımlar atılsa da, problemlər qalmaqdadır.

“Artıq ölkə əhalisinin sayı 10 milyonu ötüb və onun böyük hissəsinin hələ də Bakıda, digər iki mərkəzlərdə cəmləşməsi bir o qədər müsbət qiymətləndirilmir.

Hələ sovetlər vaxtında mərhum dövlət başçısı Heydər Əliyev çıxışlarının birində demişdi ki, Abşeron Azərbaycan ərazisinin 7 faizini təşkil edir. Amma o vaxtlar əhalinin xeyli hissəsi, istehsal olunan potensialın 75-80 faizi burada cəmləşmişdi. Bu, doğrudan da, düz deyil.

Bu, sovet sistemindən qalan bir nəticə idi. Sovet sistemində SSRİ Dövlət Plan Komitəsi, Nazirlər Soveti çalışırdı ki, bütün iri müəssisələri paytaxtda yerləşdirsin.

Çünki onlar üçün bu asan idi ki, mənzil burada idi, kommunal təsərrüfatlar burada idi, ona görə elə iri müəssisələri də burada yerləşdirirdilər.

İndi görürsünüz ki, şəhərin əhalisinin sağlamlığına mənfi təsir edən tullantıları havaya buraxan müəssisələr kənara köçürülür. Bir müddət regionlarda, doğrudan da, məşğulluq problemi çox ciddi şəkildə üzə çıxdı. Çünki əsaslı-əsassız kolxozlar, sovxozlar dağıldı. Bu da olmalı idi. Obyektiv zərurət idi.

Ciddi qaçqın-köçkün problemi yarandı və birdən-birə qaçqınları rayonlarda yerləşdirmək üçün o qədər yer yox idi.

Onlar hamısı gəldilər Bakıya və indi bu tendensiyanı sağlamlaşdırmaq üçün dövlət başçısı daim davam edən proseslər həyata keçirir.

Qaçqınlar üçün məhəllələr, qəsəbələr salınır. Füzulinin ermənilərlə sərhəd olan Horadiz şəhəri, həmçinin, Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsi inkişaf edir.

Dağlıq Qarabağın-erməni faşistləri tərəfindən zəbt edilmiş torpaqların yanında Azərbaycan zəhmətkeşləri iri təsərrüfatlar, sənaye müəssisələri yaradırlar.

Blokada şəraitindəki Naxçıvanda böyük sənaye müəssisələri tikilib. Yəni, bütün bunlar kənddən şəhərə axını azaltmağa kömək edəcək.

Bir neçə bölgədə sənaye məhəllələri yaradılmaqdadır. Bütün bunlar Azərbaycanın potensial inkişaf imkanlarını genişləndirəcək və bu baxımdan, Bakıya köç edən insanlar daha çox kənd rayonlarında qalmağa üstünlük verəcəklər.

İnsana diqqət ön plana çəkilməlidir. Mən işçilərin bəzi hallarda ixtisarını o qədər də qəbul etməyən iqtisadçıyam. Hər bir iş yerinin ixtisarı mənəvi cəhətdən ağırlıq gətirir. Çünki orada insan nə qədər çox məşğul olarsa, insanlar nə qədər çox əmək fəaliyyətinə cəlb olunarsa, bir o qədər yaxşı olar.

Nəzərə almalıyıq ki, Azərbaycan o qədər də ərazisi böyük olan dövlət deyil ki, yeni paytaxt salaq və ya bir neçə iri şəhərlər yaradaq.

Biz gərək mövcud şəhərlərimizin simasını qoruyaq”, - deyə Z. Səmədzadə sözlərinə əlavə edib.

Xəbər 677 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +