İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


13.06.2018  17:46 

BƏƏ-nin Bakıdakı səfirliyi qiyamçılara etiraz ETDİ





A+  A-

“Ərəb koalisiyasının Yəmənə müdaxiləsi , eləcə də Hodeyda ətrafında gedən əməliyyatlar qanuni Yəmən hökumətinin xahişinə əsaslanır. Və böhrana dair BMT Təhlükəsizlik Şurasının 2216, 2204, 2201, 2140 saylı qətnamələri daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə müvafiqdir”.
Bu haqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyindən XəzərNews.az-a daxil olan bəyanatda bildirilib.

Qeyd olunub ki, ərəb koalisiyasının Hodeydanı azad etmək üçün olan əməliyyatları Yəmənin qanuni hökumətinə strateji limanda təhlükəsizlik və sabitliyi bərpa etmək, ölkədə humanitar böhranı yüngülləşdirmək və siyasi prosesdəki vəziyyətdən çıxış əldə etmək məqsədini daşıyır.

Bildirilib ki, husi qıyamçıları Hodeyda limanından Səudiyyə şəhərlərini hədəf almaq məqsədi ilə istifadə edirlər.

“İran silahlarını və ballistik raketlərini ölkəyə qaçaqmalçılıqla gətirmək üçün buradan istifadə edilir. Eəcə də limandan gəlirlərindən özlərinin davam edən amansız kampaniyalarını maliyyələşdirmək üçün sui-istifadə edirlər.

Hodeyda limanını müharibəni və Yəmən xalqının iztirabını uzatmaq üçün istismar edirlər.

Husilərin limanı pis idarə etməsi və humanitar ehtiyatları tutub saxlamaları Yəməndə humanitar vəziyyətə pis təsir edib. Koalisiyanın yardım yükləri tez-tez qiyamçılar tərəfindən müsadirə edilib və qara bazara yönəldilib. Bu, koalisiyanın humanitar böhranı yüngülləşdirmək məqsədi daşıyan öhdəliyini poza bilməyib”-deyə bəyanatda qeyd olunub.

Bəyanatda göstərilib ki, BMT-nin Hodeyda məsələsinin həlli üzrə danışıqlar aparmaq səyləri davam edir.

“Bu məqamda isə husilər BMT Elçisi Martin Qriffisin limanı vermək təkliflərinə təkrar-təkrar etiraz ediblər.

Ərəb koalisiyasının günahsız yəmənli mülki əhalini qorumaq və yardım yüklərinə təhlükəsiz yol təmin etmək məqsədilə hərbi həll yolu ilə getməkdən başqa seçimi qalmadı.

Ərəb koalisiyası, həmçinin, azad olunmuş ərazilərdə Yəmən xalqının təxirəsalınmaz və uzun müddətli humanitar ehtiyaclarına cavab vermək məqsədilə Hodeyda şəhəri üçün hərtərəfli humanitar plan başlayıb.

Ərəb koalisiyası BMT-yə və digər qeyri-hökumət təşkilatlarına planlaşdırdığı fəaliyyəti bildirib və onların heyətinin vaxtından əvvəl Hodeydadan təhlükəsiz keçidini təmin edib.

Husi qiyamçılarından limanın geri alınması işin nəticəsini siyasi həll yoluna qoymaq və ilişib qalmış BMT danışıqlarında təkanı canlandırmaq məqsədini daşıyır”.

Xəbər 1518 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +