Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


08.06.2018  10:49 

Şəmsəddin Hacıyevin aqibəti necə olacaq? - Cinayət işi üzrə araşdırma





A+  A-

“İqtisad Universiteti ilə bağlı başlanmış cinayət işi üzrə zəruri ilkin dövr üçün araşdırma aparılmalıdır. Həmin araşdırmanın nəticəsində isə təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Faktla bağlı hələ ki, kimin günahkar olduğunu demək olmaz. Bu, aparılmış istintaqın nəticəsindən asılı olacaq”.
XəzərNews.az bildirir ki, bu sözləri Modern.az-a tanınmış hüquqşünas Adəm Məmmədov İqtisad Universiteti ilə bağlı başlanmış cinayətindən danışarkən deyib.

Hüquqşünas bildirib ki, faktla bağlı konkret şəxsləri məsuliyyətə cəlb etmək üçün yetərli dəlillər toplanmalıdır.

“Və yalnız bundan sonra ayrı-ayrı şəxslərə qarşı cinayət işi başlana bilər. Eyni zamanada, istintaqın nəticələrindən asılı olaraq konkret şəxslərə qarşı cinayət işi başlamaq və ya cinayət işini rədd etmək haqqında qərar qəbul edilə bilər. Kimin məsuliyyətə cəld ediləcəyi və ya kimlərin kənarda qalacağı ifadələrdən, dəlillərin əsaslılığı və yetərliliyindən asılı olacaq. Bunun üçün kimlərin məsuliyyətə cəlb olunacağı ilə bağlı açıqlama vermək hələ ki tezdir”.

Adəm Məmmədov qeyd edib ki, əgər istintaq yolu ilə mötəbər sübutlar İqtisad Universitetinin rəhbərliyinin birbaşa rolunun olmasına yönəlsə, o zaman Baş prokuror Milli Məclisə Şəmsəddin Hacıyevin mandatdan məhrum edilməsi ilə bağlı təqdimat göndərə bilər.

“Həmin təqdimatın nəticəsinə uyğun olaraq deputat mandatdan məhrum ediləcək və istintaqa cəlb olunacaq. Amma bir daha xatırladıram ki, bütün bunlar aparılmış istintaqın nəticəsindən asılı olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri üzrə Hesabat müzakirə olunub.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Xatırladaq ki, 2012-2014-cü illərdə İqtisad Universitetinə deputat Şəmsəddin Hacıyev rektorluq edib.

Baş Prokurorluqdan instintaqın gedişi və hansı mərhələdə olduğu barədə yeni məlumat verilməyib.

Xəbər 1525 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +