İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


01.05.2018  12:35 

Firəngiz Mütəllimova: “Heç bir qorxum yoxdur”





A+  A-

Bu gün Azərbaycanın xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllimovanın doğum günüdür. Aktrisanın 59 yaşı tamam olur.
Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşadandır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Aktrisaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adları verilib. Mədəniyyət və İncəsənət İnstitutunun dosentidir.

Modern.az saytı Xalq artistinin doğum günü təəssüratlarını öyrənib.

XəzərNews.az onunla qısa müsahibəni təqdim edir:

- Doğum gününüzü necə keçirirsiniz?

- Bilirsiniz, bacım qızı Gülarə mənim balamdır. O mənim çox gözəl portretimi çəkib gətirib. İndi tələbəm televiziya kanalında bir verilişə çıxmalıdır. Elə bildim, zəng edən də odur. (gülür) Bu gün həm də dərsim var, ora getməliyəm. Amma doğum günüm necə keçəcək bilmirəm. Sadəcə, axşam tələbəmin filminin qala gecəsində olacam.

- Ümumiyyətlə doğum gününüzü təmtəraqlı, yoxsa sadə keçirməyi sevirsiniz?

- Sadə doğum gününə üstünlük verirəm. Ancaq evdə özümüzkülərlə birlikdə keçirirəm.

- Hər halda artıq təbriklər də gələr.

- Səhər saat 9-dan etibarən kifayət qədər zənglər gəlib, doğum günümü təbrik edənlər olub. Bu baxımdan hamınıza diqqətinizə görə təşəkkür edirəm.

- Bildiyimiz qədər Şuşanın icra başçısı Bayram Səfərovla dostsunuz. Maraqlıdır, sizi təbrik edibmi?

- Yox, hələ ki təbrik etməyib.

- Bəs əvvəllər necə?

- Bayram Səfərov hər doğum günümdə təbrik etmir. İndiyə kimi yalnız bir dəfə edib.

- Firəngiz xanım, 59 illik ömrünüzü necə qiymətləndirirsiniz, taleyinizdən razısınızmı?

- Əlbəttə, razıyam. Xüsusilə də həmişə deyirəm, özümü ruhən varlı insan hiss edirəm. Buna səbəb isə tamaşaçı sevgisidir. Heç kim o sevgini pulla ala bilmir, Allahın bir lütfüdür. Ona görə də bu günümə min şükür. Allahdan özümə və hər kəsə ancaq can sağlığı arzulayıram.

- Amma adətən yaş artdıqca, keçmiş günlərin həsrətini çəkən insanlar var. Siz necə düşünürsünüz, bu günü dünənə dəyişərdinizmi?

- Heç zaman dəyişmək istəməzdim. Çünki bu yaşa gəlib çatana qədər yaşadığım hər bir an mənim üçün əzizdir. Acılı, şirinli hamısı həyatımın bir parçasıdır.

- Yaradıcılığınızla bağlı tamaşaçıları hansı yeniliklər gözləyir?

- Bu ay bir tamaşam var. Gələn il mövsümdə yəqin ki, yeni tamaşalarda olmalıyam. Bu il tələbələrim 4-cü kursu bitirir, diplom tamaşalarımız olacaq. Açığı, bu dəqiqə əsas diqqət onlardadır. Sağ-salamat bitirmələrinə ümid edirəm. Həm pedaqoji, həm də teatr fəaliyyətim davam edir. “Almaz” və “Qarabağnamə” tamaşalarında varam. Şükür ki, tamaşaçılar da gəlib bizə baxırlar.

- Firəngiz xanım, yaşınızın artması sizi qorxutmur ki? Adətən xanımlarda müəyyən komplekslər yaranır.

- Heç bir qorxum yoxdur. Şəxsən özümü ruhən gənc hiss edirəm. Bilmirəm, nədəndisə, yaşımı unuduram. Amma digər tərəfdən də yaş əvvəl-axır öz sözünü deyir. Bu, şirin həyatdı. Allah nəsib eləsin, can sağlığı ilə yaşayaq. Təki sevdiklərim yanımda olsun, Allah məni sevdiklərimə çox görməsin. Hər şeyə görə şükür. Mən naşükür insan deyiləm.

Xəbər 3204 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +