Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


18.12.2017  09:37 

Hicran Hüseynova Səfər İmanovun tapılmasına mane olur? - 170 min dollarlıq QALMAQAL DAVAM EDİR





A+  A-

2016-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov tərəfindən 170 min dollarının mənimsənildiyini iddia edən Eynur Kərimov yeni faktlar açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a danışan E.Kərimov hazırda axtarışda olan S.İmanovun Komitə sədri Hicran Hüseynova ilə əlaqədə olduğunu bildirib:

“Məndə olan məlumata görə, Səfər İmanovun Hicran Hüseynova ilə yüksək səviyyədə əlaqələri var. Onlar mütəmadi telefonla da danışırlar. Səfər İmanovun tapılaraq, Azərbaycana gətirilməsini Hicran Hüseynova istəmir. Burada tək mənim məsələm yoxdur, mətbuatda adı hallanan mənəm. Mənim kimi çox sayda insanlar var ki, bu şəkildə aldadılıb.

Hazırda İnterpol-un axtarışlarını gözləyirik. Yalnız o tapıldıqdan sonra proses davam etdirilə bilər. Çünki buradakılar bütün məsələləri üzərindən atırlar. Hüquq-mühafizə orqanlarının gəldiyi nəticə bundan ibarətdir”.

Hazırda özəl sektorda çalışan E.Kərimov bildirib ki, H.Hüseynova ona geri çəkilməsi üçün hər hansı təzyiq etmir:


“Heç bir təzyiq göstərilmir, heç göstərə də bilməz. Hicran Hüseynova komitə sədri olsa da, hüququ dərindən bilmir. 170 min dolları özüm qazanmışdım, kredit, borc deyildi. Hər halda Səfər İmanovun tapılaraq, Azərbaycana gətirilməsini gözləyirik”.

Sayt Elnur Kərimovun budəfəki iddiaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlasa da , qurum münasibət bildirmək istəməyib.

Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Xatırladaq ki, Komitənin mətbuat xidmətinin 2016-cı il fevralın 17-də yaydığı məlumata görə, sabiq Aparat rəhbəri Səfər İmanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib: “Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır”.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Səfər İmanov ölkəsən qaçdığına görə İnterpol xəttilə beynəlxalq axtarışa verilib.

Xəbər 1472 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +