İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


17.09.2017  17:34 

Azərbaycanlı oliqarxa görə generalların həbsi gözlənilir





A+  A-

Moskvada sentyabrın 14-də azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılova aid 12 ünvanda aparılmış qəfil axtarışla bağlı yeni nüanslar üzə çıxıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu axtarışlar İsmayılov qardaşlarının adı keçən cinayət işində yeni şahid ifadəsi əsasında aparılıb.

Telman İsmayılovun qardaşı Rafiq İsmayılov biri keçmiş ortağı olmaqla iki biznesmenin qətlini sifariş etmək ittihamı üzrə həbsdədir. Digər qardaşı Vaqif İsmayılov da bu qətllərlə bağlı axtarışa verilib. Hələlik Telman İsmayılovun adının bu cinayət işində fiqurant kimi keçdiyinə dair məlumat yoxdur. Bununla belə Rafiq İsmayılovun həbsindən sonra Telman İsmayılovla digər qardaşı arasında aparılan telefon söhbətinin fraqmenti mətbuata sızdırılıb. Orada qardaşı T.İsmayılovdan xahiş edir ki, hüquq-mühafizə orqanlarındakı adamlarının köməyi ilə Rafiqi xilas etsin.

Crimerussia.ru saytının yazdığına görə oliqarxın ətrafında aparılan istintaq tədbirləri ilə tanış olan mənbə deyib ki, İsmayılovların işi üzrə cinayət işində tezliklə güc strukturlarının bir neçə yüksək rütbəli nümayəndələri də fiqurant ola bilər. Bu, ilk növbədə İsmayılovlar ailəsinin qurduğu korrupsiya vertikalı barədə detalları istintaqa danışan gizli şahidin ifadəsi ilə bağlıdır.

Gizli şahidin ifadəsinə əsasən İsmayılovların “Praqa” restoranında və Perovka küçəsində yerləşən ofislərindən güc strukturlarının xeyli korrupsiyalaşmış nümayəndələri keçib. Onlar hüquq-mühafizə orqanlarının xətti ilə İsmayılovların “boz” qaçaqmalçılıq sxemlərini dəstəkləyib, habelə “Çerkizovsk” bazarına və ailənin digər biznes obyektlərinə “krışalıq” ediblər.

Məxfi şahid deyib ki, İsmayılovun “yemlədiyi” poqonluların köməyindən onları cinayət təqibindən qorumaq üçün istifadə olunurdu. İsmayılov qardaşları ilə bağlı olan hüquq-mühafizə orqanları əməkdaşları onlardan göstərdikləri xidmətə görə aylıq haqq alırdı.

Mənbələrin bildirdiyinə görə İsmayılov qardaşlarının işi üzrə əməliyyat tədbirlərinə Federal Təhlüksizlik Xidmətinin mərkəzi aparatının əməkdaşları da qoşulub. Telman İsmayılov özü isə hazırda Antalyada “Mardan Palace” otelinin ərasizindəki malikanəsində yaşayır. Məlumatlara görə o, başına gələnləri qardaşının sifariş etdiyi qətllərlə deyil, BTB bankın rəhbərliyi ilə bağlayır. Bank neçə vaxtdır ki, T.İsmayılova və ətrafına qarşı məhkəmə iddiaları qaldırır, onun müflis elan edilməsi də bankın iddiası əsasında baş tutub.

Xəbər 968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +