Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.08.2017  12:46 

“Turan” fəaliyyətini dayandırır, Mehman Əliyevin işi iki maddə üzrə aparılır





A+  A-

“Turan” agentliyinin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.
Agentlik belə şəraitdə normal fəaliyyət göstərmələrinin çox çətin olduğunu bəyan edib.

“Yaranmış vəziyyəti nəzərə alaraq, “Turan”ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq.

Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək.

Belə çətin anlarda Mehman Əliyevə və bizə dəstək olan hər kəsə təşəkkür edirik” –“Turan” agentliyinin məlumatında belə bildirilib.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə Cinayət Məcəlləsinin 231.1 və 308.1-ci maddələri üzrə şübhəli şəxs kimi saxlanıb.

XəzərNews.az Novator.az-a istinadən xəbər verir ki, 231.1-ci maddə xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya, 308.1-ci maddə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyəti nəzərdə tutur.

Mehman Əliyev Yasamal Rayon Polis İdarəsində saxlanır. Agentlik direktorunun bu gün məhkəmə qarşısına çıxarılması gözlənir.

59 yaşlı Mehman Əliyev “Turan” informasiya agentliyinin qurucusudur. Agentlik 1990-cı ildə yaradılıb.

2017-ci ilin may ayında vergi orqanının apardığı kameral yoxlamada “Turan”a 3 min 744 manat 36 qəpik vergi məbləği hesablanıb. Agentliyin nazirliyə şikayətindən sonra işə yenidən baxılıb, qərar ləğv edilib. Ancaq avqustun 7-də Vergilər Nazirliyi yanında Bakı Şəhər Lokal Gəlirlər Departamenti agentliyə 26 min 907 manat 20 qəpik mənfəət vergisi hesablandığını bildirib.

Avqustun 16-da nazirliyin əməkdaşları “Turan”ın redaksiyasına gələrək agentliyin 2014-2016-cı illərə aid maliyyə, kargüzarlıq sənədlərinin və bir sıra digər sənədlərin surətlərini, mühasibin şəxsi noutbukunu götürüblər, əməkdaşların şəxsi əşyalarına, kompüterlərinin yaddaşına baxış keçiriblər.

Az sonra Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2010-2017-ci illərə aid maliyyə fəaliyyəti üzrə cinayət təhqiqatı aparılması barədə qərar qəbul edib.

Hazırda agentliyin 2010-cu il oktyabrın 1-dən 2017-ci il avqustun 1-dək olan fəaliyyəti yoxlanır.

Xəbər 1514 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +