Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


02.08.2017  15:23 

Azərbaycanda kibertəhlükəsizlik güclənəcək





A+  A-

“Kaspersky Lab” və “Delta Telecom” Azərbaycan istifadəçilərinin kibertəhlükəsizliyini gücləndirəcək
XəzərNews.az xəbər verir ki, “Kaspersky Lab” və “Delta Telecom” şirkətləri arasında əməkdaşlığa dair saziş imzalanıb. Bu müqavilə sayəsində şirkətin müdafiə həllərinin bütün yenilənmələri Azərbaycan istifadəçilərinə regionun ən böyük internet-provayderi olan milli serverlərdən daxil olacaq. Bu yanaşma antivirus bazalarına yeni kibertəhlükələr haqqında məlumatın çatdırılması prosesini asanlaşdırır və sürətləndirir. Artıq Azərbaycan istifadəçiləri əmin ola bilərlər ki, rəqəmsal dünyanın ən aktual təhlükələrindən qorunurlar. Bununla belə, bütün yenilənmələr avtomatik olaraq arxa fon rejimində yüklənilir ki, bu da cihazların işləmə sürətinə əks-təsir göstərmir.

“Kaspersky Lab” şirkətinin mütəxəssisləri hər gün 300 min zərərli proqram nümunəsi emal edirlər ki, bu da kibertəhlükələrin hansı sürətlə inkişaf etməsindən xəbər verir. Bu tendensiyanı həm də rəqəmsal təhlükələrlə üzləşən istifadəçilərin artan sayı da sübut edir. “Kaspersky Lab” şirkətinin “Kaspersky Security Network” (KSN) bulud müdafiə infrastrukturundan əldə etdiyi daxili statistikaya əsasən, son 12 ayda kibertəhlükələrlə üzləşən Azərbaycan istifadəçilərinin sayı 77%-dən (2016-cı ilin iyul ayı) 83%-dək (2017-ci ilin iyul ayı) yüksəlib.

“Bizim üçün ən əsas prioritet müştərilərimizə təklif etdiyimiz həll və xidmətlərin keyfiyyətidir. Biz daimi olaraq istifadə olunan texnologiyanın mükəmməlliyinə can atır, bütün yollarla təklif etdiyimiz xidmətlərin səviyyəsini artırmağa çalışırıq. “Kaspersky Lab” şirkəti ilə əməkdaşlıq bu istiqamətdə atılan önəmli addımdır. Resurslarımızın və imkanlarımızın birləşdirilməsi, şübhəsiz ki, Azərbaycanda istifadəçilərin yüksək texnologiyalar sahəsində maksimum üstünlük qazanmasına səbəb olacaq”, - deyə “Delta Telecom” şirkətinin Məlumatların emalı departamentinin rəhbəri Rüfət Talıbov bildirib.

“Biz istifadəçiləri kibertəhlükələrdən qorumaqla yanaşı, həm də istənilən insanın və təşkilatın iş və həyatının rəqəmsal dünyada maksimum rahat və sakit olmasını istəyirik. Məmnunuq ki, Azərbaycanın aparıcı internet-provayderi olan “Delta Telecom” şirkəti bizimlə eyni baxışı bölüşür. Əminəm ki, bu əməkdaşlıq ölkədə informasiya texnologiyaları bazarının inkişafına öz müsbət təsirini göstərəcək”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Xəbər 853 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +