İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


01.08.2017  18:51 

Fasiləsiz rejimdə su təchizatı yüksəlib





A+  A-

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2017-ci ilin birinci yarım ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi 2017-ci ilin birinci yarısında da Azərbaycanda sabitlik və inkişaf təmin olunub, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi edib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2017-ci ilin yanvar-iyun aylarında sosial və infrastruktur layihələrinin icrası uğurla davam etdirilib.

“Azərsu” ASC-nin sədri ilin ilk 6 ayında su təsərrüfatı sektorunda əlamətdar hadisələrin baş verdiyini diqqətə çatdırıb. 14-18 mart 2017-ci il tarixlərində I Bakı Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri keçirilib. “Azərsu” ASC Beynəlxalq Su Resursları Assosiasiyasının üzvü seçilib və bu təşkilat 2021-ci ildə Dünya Su Konqresinin Bakı şəhərində keçirilməsi təklifini dəstəkləyib. Səhmdar Cəmiyyət Beynəlxalq Biznes Təşəbbüsləri Təşkilatının liderlik, keyfiyyət, innovasiya və mükəmməllik sahəsində Qızıl Mükafatına layiq görülüb.

2017-ci ilin yanvar-iyun aylarında içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib. “2017-ci ildə Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatıb, Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Ötən dövrdə Xırdalan şəhərinin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasına başlanılıb, Gəncə və Şəki şəhərində şəbəkələrin tikintisi sürətləndirilib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrası uğurla davam etdirilir. Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan ərazilərdə səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əkin sahələrinin suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Zərdab rayonunda icra olunan layihə yekunlaşıb, Hacıqabul və Şamaxı rayonlarında isə işlər davam etdirilir”.

Səhmdar Cəmiyyətin sədri bildirib ki, 2017-ci ilin yanvar-iyun aylarında istehlakçılara 121 milyon kubmetr su verilib, 84milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 133 km içməli su, 145 km kanalizasiya xətləri, 3 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 83 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 110 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 66,2 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.

Sonra “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, Texniki istehsalat departamentinin rəisi Aydın Abbasov, Müştəri xidmətləri departamentinin rəisi Əbülfəz Kərimzadə, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov, Pirallahı rayon Sukanal İdarəsinin rəisi Əli Kərimov hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə 2017-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq bildirib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrin icrası davam etdiriləcək. İlin sonunadək 6 şəhərdə layihələrinin icrasının yekunlaşması gözlənilir. Eyni zamanda kəndlərin içməli su təchizatının yaxşılaşdırılması, Bakı şəhərində səth sularının yığılma təhlükəsi olan ərazilərdə həyata keçirilən layihələrin başa çatdırılması nəzərdə tutulur.

Səhmdar Cəmiyyətin sədri iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, müştəri informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, çoxmənzilli binaların zirzəmilərində təmir-bərpa işlərinin aparılması, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib.


Xəbər 976 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +