İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


04.07.2017  12:36 

“Kameranı söndürüb Mətanəti o biri otağa apardılar...” - Baş həkim





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alarkən həbs olunan Narkoloji Dispanserin baş həkimi Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Mətanət Şamçiyeva ifadə verərək deyib ki, dispanserdə arayış vermək üçün vətəndaşlardan pulu yığıb baş həkimə verib:

"Hüseyn müəllim özü demişdi ki, pulları yığıb mənə ver. Dekabrdan pul toplanmağa başlamışdı, fevralın 1-nə kimi 2800 manat pul yığılmışdı. Yığılan pullardan cəmi bir dəfə 40-50 manat mənə verib. Arayışa görə standart pul tələb etmirdik. Bir manat verən də var idi, qəpik qoyub gedən də var idi. Hüseyn müəllim deyirdi ki, pulları mənim otağıma qoyma. Mən də öz otağımda saxlamağa qorxurdum. Ona görə laboratoriyada saxlayırdım".

Hüseyn Həsənov ifadə verərək özünü təqsirli bilmədiyini deyib: "Bu qadın yalan danışır. Mən nə ona pul yığmağı tapşırmışam, nə pul yığılmasından xəbərim olun, nə də mənə pul verilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi görünən videodakı şəxsin mənim olub-olmadığımı deyə bilmərəm. Bunun üçün ekspertiza keçirmək lazımdı.

Videogörüntülərdə səslənən pul söhbətinin rüşvətlə heç bir əlaqəsi yoxdur. Söhbət ondan gedir ki, fevralın 1-dən bir neçə gün öncə Mətanət xanım mənə müraciət edərək özünə mebel almaq üçün pul borc istəmişdi. Mebellə bağlı konkret qərar vermədiyi üçün təxminən 3 min manat istəmişdi, mən də razılıq verdim. Amma bir şərt qoydum ki, işçilər bunu bilməsin, sonra hər kəs gəlib pul istəməsin, mən bank deyiləm. Mətanət xanım siyahı göstərib dedi ki, filan qədər şkafdı filan. Mənə o maraqlı deyildi. Sonra pulu ona verdim, böyük nominantlarla. Mənə demişdi ki, 4-5 aya borcunu qaytaracaq, amma hələ də qaytarmayıb. İnşallah, qaytarar".

H.Həsənov deyib ki, əməliyyat keçirilən zaman prokurorluq əməkdaşları iki dəfə çəkiliş edib:

"Əvvəl içəri girən kimi soruşdular ki, bu nə puldu? Mətanət xanım dedi ki, borcdu. Onlar kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar, yarım saat nəsə söhbət etdilər. Sonra mənim otağıma gəldilər, təzədən kameranı qoşdular. Mətanət xanım dedi ki, pul arayışlardan yığılıb".

Məhkəmə prosesi iyulun 13-də davam etdiriləcək.

Xəbər 625 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +