Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


09.06.2017  11:43 

Rusiya-Azərbaycan münasibətlərində gərginləşmə var?..





A+  A-

Milli Məclisin vitse-spikeri Bahar Muradova Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması ilə əlaqədar Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi haqqında şərhlərə münasibət bildirib.
B.Muradova jurnalistlərə deyib ki, son dövrlər Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə şərhlər verilir, ancaq bu, doğru deyil.
Vitse-spiker qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri ikitərəfli strateji əməkdaşlıq səviyyəsindədir:
"Biz bu münasibətlərin bütün parametrləri üzrə tərəflərin öz öhdəliklərini daima yerinə yetirdiyinin şahidiyik. Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirdiyi kimi, Rusiyadan da buna adekvat addım atmağı hər zaman gözləyir. Düşünürəm ki, bu günə qədər münasibətlərimizdə elə ciddi problem olmayıb. Münasibətlərin gərginləşməsi barədə şərhlərə rəvac verən hadisəyə - Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə gəlincə, məsələ yalnız hüquqi müstəvidə həll olunmalıdır. Bundan kənar siyasi dividend güdməyə yönəlmiş şərhlər verilməsi həqiqətən də münasibətləri gərginləşdirmək yolunda problemlər yarada bilər. Azərbaycanın müvafiq dövlət qurumları, parlamenti, cəmiyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri və mətbuat bu məsələnin məhz hüquq çərçivəsində həll olunmasını gözləməlidirlər".
B, Muradova bildirib ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti Rusiya vətəndaşlarıdır: "ÜAK da Rusiya vətəndaşı olan azərbaycanlıların Rusiya qanunlarına əsasən yaradılmış təşkilatıdır. Hesab edirəm ki, hansı etnik-milli qrupa mənsub olmasından asılı olmayaraq, hər kəs öz vətəndaş hüquqlarını, vəzifələrini yeninə yetirməlidir. Onların hüquqları tanınmalı və onlar da vəzifələrini yerinə yetirməlidirlər".
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

(trend.az)

Xəbər 826 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +