İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


07.06.2017  09:37 

Ali məktəblərə qəbul planı açıqlandı





A+  A-

2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı açıqlanıb.
Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ili üçün ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb. Onlardan 14 000-i I, 12 500-ü II, 10 000-i III, 3300-ü IV, 3200-ü isə V ixtisas qrupu üzrə nəzərdə tutulur.
Son 4 ildə Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı ildən-ilə artırılıb. 2014/2015-ci tədris ilində ali məktəblərə ayrılan plan yerlərinin sayı 37 763 olmuşdusa, 2015/2016-cı tədris ilində bu rəqəm 38 831, 2016/2017-cı ildə 41 736-ya çatıb. Gələn tədris ilində isə bu rəqəm 43 min olacaq.
Bu tədris ilində 41 736 plan yerinə 34 224 tələbə qəbul olmuşdusa, növbəti qəbul zamanı bu rekordun yenilənəcəyi gözlənilir.

(apa.az)

Xəbər 848 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +