İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


06.06.2017  13:27 

Azərbaycan Qətərlə münasibətləri poza bilər? - AÇIQLAMA





A+  A-

Qətər dövləti terrorçulara dəstək verməkdə və İranla məxfi münasibətlər qurmaqda ittiham olunur.
Buna görədir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Maldiv adaları, Liviya Qətərlə əlaqələri kəsib.

Qeyd edək ki, Azərbaycanın Qətərlə bir çox sahələrdə sıx əməkdaşlığı mövcuddur. Cərəyan edən Qətər böhranının ardınca Azərbaycanın bu ölkə əlaqələrinin hansı səviyyədə davam edəcəyi maraqlıdır.

Milli Məclisin Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Kərimli mövzu ilə bağlı açıqlama verib.

“Azərbaycan Qətərlə münasibətləri qətiyyən kəsməli deyil. Düzdür, Səudiyyə Ərəbistanı və digər dövlətlər Qətərlə əlaqələri kəsib. Bu dövlətlərlə olduğu kimi, Qətərlə də normal münasibətlərimiz var. Bu dövlətlər bir-birinə düşmən olmalı deyil. Axı Qətər terrorizmi maliyyələşdirmə ittihamını və İran barədə dediyi fikirləri qətiyyətlə qəbul etmir.

İkincisi, Azərbaycan hər zaman qruplaşmadan kənarda dayanıb. Qoşulmama Hərəkatının üzvüdür. Ona görə də bu, Azərbaycan-Qətər münasibətlərinə pis təsir edə bilməz. Təbii ki, hansısa dövlət digər dövlətə qarşı Azərbaycanın mövqe sərgiləməsini arzulayar. Amma Azərbaycanın öz dövlət siyasəti var və o siyasət davam etməlidir. Necə ki, Azərbaycan dövləti vaxtilə Rusiya-Türkiyə arasında yaranan gərginlik zamanı öz mövqeyini qoruyub saxlaya bildi”

Deputatın sözlərinə görə, Qətərlə münasibətləri pozmaq olmaz.

“Dostluq qrupunun üzvü kimi deyə bilərəm ki, əvvəla, Azərbaycanın çox həssas dönəmidir. Azərbaycan dövləti Ermənistandan başqa, bütün dövlətlərlə dostluq münasibətlərini qoruyub saxlaya bilib. Ona görə də Qətərlə münasibətləri poza bilmərik. ABŞ da, İran da, Türkiyə də Qətərdə baş verən hadisələrin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.

Şübhəsiz ki, Azərbaycan da bu yolu tutmalıdır və elə də edir. Arzu edirik ki, bu məsələ dinc və danışıqlar yolu ilə həll olunsun. İstər siyasi, istər ticarət, istərsə də turizm cəhətdən Qətərlə çox yaxşı münasibətlərimiz var. Ona görə də Qətər-Azərbaycan münasibətlərinə xələl gəlməsinə yol vermək olmaz”.

(modern.az)

Xəbər 860 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +