Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.05.2017  18:17 

Qalmaqal böyüyür: “Onun-bunun ərindən bic doğmaq...“





A+  A-

“Hamının səsi özünə xoş gəlir. Səsi, şousu, talant sözünün “t”sı yox, deyir sənətkaram. Yazıq səs rejissorları səsindəki xaricləri düzəldə bilmirlər”.
Bu sözləri müğənni Xatun Əliyeva deyib.

Bir neçə gün əvvəl ifaçı həmkarı Rəqsanə İsmayılova ilə qalmaqal yaşamışdı. O, Rəqsanənin onun toyunu əlindən aldığını, çörəyinə bais olduğunu iddia etmişdi. R.İsmayılova “Kiminsə qabağında susan, qorxan deyiləm. Hamının cavabını necə lazımdı verirəm. Mən Rəqsanəyəm, səsimlə, mahnılarımla sevilmişəm. Təlabatlı insanam. Getdiyim toylarda insanların ailələri ilə ömürlük dost oluram. Gedib sonra kiminsə ərini, oğlunu əlindən almıram" deyə, ona cavab vermişdi.

Bu dəfə X.Əliyeva ad çəkmədən həmkarının ünvanına təhqirlər yağdırıb:

“Xatun heç kimin kölgəsində, kiminləsə duet oxuyaraq məşhur olmayıb. Mahnılarımın bəziləri bəyənildi, dillər əzbəri oldu. İlk və tək parodiyaçı qadınam. Yaradıcılığım təkcə toy və Moskva toylarından ibarət deyil. Məşhur olmaq üçün nə etmək lazımdır? Lüt gəzmək, min üzlü olmaq, onun-bunun ərindən bic doğmaq, pozğun ətrafla gecə həyatı yaşamaq, kirayədən “ Galenvagen” götürüb acıq vermək, kirayə villa tutub, İnstaqramda reklam etməkdir məşhurluq? Çalışmışam həyatda heç kimin haqqına girməyim, qınamayım, amma mümkün deyil. Çünki elə bir aləmdəyəm ki, müharibə etməsən, sülh yaşaya bilməzsən”.

(axsam.az)

Xəbər 1304 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +