İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


24.04.2017  12:54 

Xəzərdən başlayan səyahət Mingəçevirə çatdı





A+  A-

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Mingəçevirə yetişdi.
XəzərNews.az xəbər verir ki, Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.
Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Mingəçevirdə Kür çayı ətrafında tədbir keçirildi. Kür Qafqazın ən böyük çayıdır. O, Türkiyənin şimal-şərqində Qızılgədik dağının ətəyindən başlayaraq, Gürcüstan ərazisindən ötərək və Azərbaycandan meandr formasında keçərək 1515 kilometrdən sonra Xəzər dənizinə qovuşur. Bu çayın üzərində ölkənin ən iri su anbarı – 1953-cü ildə tikilmiş Mingəçevir su anbarı gözəl göl yaratmışdır və onun vasitəsilə ətraf sahələr suvarılır.
Su mərasimi,üzgüçülük həvəskarı İsfəndiyar Kərimov, sambo üzrə Dünya Çempionatınıngümüş medal mükafatçısı Ayaz Ümidəliyev vəyunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionuCavanşir Qasımov tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Mingəçevir şəhər Kür Olimpiya Tədris İdman mərkəzində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev də var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.
Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi. Tədbirə sərbəst girişimkanı olan region sakinləri Mirvari rəqs qrupu, Mingəçevir qrupu və Elsevər Məmmədovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.
Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Mingəçevir sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.
Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sambo üzrə Dünya Çempionatının gümüş medal mükafatçısı Ayaz Ümidəliyev demişdir: “Bizim də iştirakçı kimi məqsədimiz həmrəylik və sülh dəyərlərinin mahiyyətini ön plana çəkməkdir.Vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq.”

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 25 aprel tarixində Qax rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.
Xəzərdən Başlayan Səyahət haqqında daha ətraflı məlumatla, https://www.baku2017.com/en/p/journey-from-the-caspianveb-saytında tanış ola bilərsiniz.


Xəbər 1205 dəfə oxunub.



13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +