Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.04.2017  13:35 

İcra başçısı şəhid ailəsinə polis göndərdi - “Qəbula gəlsən, tutacağıq”





A+  A-

İsmayılova Yasəmən Ənvər qızı son 20 gün ərzində üç dəfə Bərdənin icra başçısı Vidadi İsayevin qəbuluna düşməyə cəhd göstərib. Lakin şəhid xanımı olan Y.İsmayılovanı qəbul edən olmayıb. Bu azmış kimi, icra başçısı şəhid ailəsinin üstünə polis göndərib.
XəzərNews.az bildirir ki, BakiPost.az-a danışan Y.İsmayılovanın sözlərinə görə, həyat yoldaşı Ələkbərov Zöhrab Cəlal oğlu 1992-ci ildə Şuşa-Laçın istiqamətində Qaladərəsi yaxınlığında şəhid olub: "Bu günə kimi övladlarımı min bir əziyyətimlə böyüdüb boya-başa çatdırmışam. Dövlətin qayğısından da narazılığım olmayıb.

Ancaq elə məmurlar var ki, onlar üçün bu dəyərlər qalmayıb. Onlar dövlət başçısı kimi, şəhid ailələrinə həssaslıq nümayiş etdirə bilmirlər.

Belə olmasaydı Bərdənin icra başçısı bu 20 gün ərzində üç dəfə müraciətimdən birinə müsbət cavab verərdi, məni qəbul edərdi, deyərdi ki, görüm şəhid ailəsinin nə dərdi var.

Axırıncı dəfə Bərdə rayon İcra Hakimiyyətində olanda ordakı polislərə dedim ki, məmurların borcu xalqa xidmətdir və prezident onları bura təyin edib ki, bizim problemlərlə maraqlansınlar.

Dedim ki, Vidadi İsayev məni qəbul etmirsə, bundan prezidentə şikayət yazacağam. Sağ olsun, bu sözlərimin əvəzində o da şəhid ailəsinə qarşı "humanistlik” göstərdi”.

Y.İsmayılova bildirir ki, aprelin 10-da yaşadıqları evə polis mayoru gəlib: "Dəhşətdir, vallah... Polis mayoru mənə deyir ki, bəs icra başçısını təhqir etmisiniz, o da sizdən şikayətçidir. Ad-soyadımı qeyd dəftərçəsinə yazdı, başçının qəbuluna getmək istədiyimə görə həbslə hədələdi. Şəhid ailəsinə göstərilən münasibətə baxın.

Vidadi İsayev üstümüzə nümayəndəsini göndərib problemimizi öyrənmək əvəzinə polis yollayır ki, hədə-qorxu gəlsin, mən də prezidentə yazmaqdan çəkinim.
Hər halda mən icra başçısının qəbulunda öz dərd-sərimi danışacaqdım, başqa nə deyəcəkdim ki?! Şəhid yoldaşı qəbula düşə bilmirsə, adi Bərdə sakini nə etsin?”


Xəbər 1786 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +