Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.04.2017  16:39 

“İşçiləri küçədən tutub gətirirlər” - Komitə sədri





A+  A-

“Son iki ayda Azərbaycanda turistlərin sayı 12 faiz, təkcə mart ayında isə Azərbaycana gələn turistlərin sayı 20 faiz artıb. Misal üçün, İrandan və digər ölkələrdən Azərbaycana turistlər gəlir. Biz bunu Bakıda da hiss edirik”.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

“Bütün bunların kökündə dayanan bir neçə məsələ var. Bunlardan biri də qanunlara edilən bəzi əlavə və dəyişikliklərdir, “ASAN Viza” və digər bu kimi addımlardır. Bütün bunlar Azərbaycanda yeni iş yerlərinin yaradılması üçün vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən isə bu Azərbaycana valyuta gəlməsi deməkdir. Azərbaycana gələn hər bir turist orta hesabla 500 dollar vəsait gətirir. Bütün bu vəsaitlər isə Azərbaycanın dövlət büdcəsinə gedir, yeni iş yerləri yaradılır”.

Deputat deyib ki, Azərbaycanda “Turizm haqqında” qanun qəbul edildikdən sonra, bu sahədə ciddi dəyişiklik gözlənilir.

“Azərbaycanda turizm sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil. Biz xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Biz çalışırıq ki, üçulduzlu otellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üçulduzlu otellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizm sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd söylədiyim mövcud problemlərin aradan aldırılmasına hesablanıb".

Hadi Rəcəbli deyib ki, vaxtilə çimərlik turizminin inkişaf etdirilməsini təklif edəndə onu lağa qoyurdular.

“Ancaq indi görürsünüz, cənab Prezident bu sənədi qəbul edib. Çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı icra hakimiyyəti başçılarına bir sıra tapşırıqlar nəzərdə tutulur, təhlükəsizlik məsələlərinin həlli olacaq və sairə. Bundan başqa, məktəbli turizminin inkişafı da vacib məsələdir.
Gürcüstanda turizmin daha çox inkişaf etməsinin əsas səbəbi bu ölkənin Sovet İttifaqı dövründən bu sahə üzrə bazasının olmasıdır. Gürcüstanda hələ Sovet İttifaqı dövründən turizm bazası və ənənələri olub. Azərbaycanda isə nisbətən zəif və az idi. Ona görə Gürcüstanda turizm daha çox inkişaf edir. Gəlin Azərbaycanın daxili turizmini müqayisə edək. Qəbələni, Lənkəranı, Talış dağlarını, Qızılağac Qoruğunu görməyən və tanımayan vətəndaşlarımız var.
Rayonlarımızda turizm qiymətləri elə də baha deyil. Bütün bunlara görə də cənab Prezidentin tapşırığı ilə “Ölkəmizi tanıyaq” layihəsi həyata keçirilir”.

Komitə sədri qeyd edib ki, Azərbaycanın rayonlarında turizm qiymətləri elə də yüksək deyil. “Əgər bir yerdə qiymət yuxarı olanda, xidmət səviyyəsi aşağı olanda gələn dəfə həmin məkana getmirik. Harada yaxşı xidmət və aşağı qiymət olursa, insanlar daha çox ora gedirlər. Bütün bunlar onu göstərir ki, artıq turizm obyektlərinin qiymətləri də tədricən xidmətə görə tənzimlənəcək.
“Bəzən turizm obyektlərinə işçiləri küçədən tutub gətirirlər, geyimini bilmir və üzünü saqqal basıb. Bütün bunları biz də görürük. Bu kimi problemlərin aradan qaldırılması üçün təcrübə və peşə məktəblərinə ehtiyac var. Səyahət təşkil edən turizm şirkətlərimiz var, onların səviyyəsi, geyimi, danışıqları qanətbəxş deyil. Ağızlarına saqqız alıb insanlarla “əəə”-deyə danışırlar. Bütün bunların aradan qaldırılması üçün həmin adamlara təlimlər keçib sertifikat verilməsi nəzərdə tutulur”.

Xəbər 1053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +