Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.03.2017  13:12 

Jurnalistdən rüşvət tələb etdilər, işə nazirlik qarışdı — QALMAQAL





A+  A-

Jurnalist Tahirə Məmmədqızıdan A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında rüşvət tələb edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ölkə.Az-a həmkarımız bildirib. Onun sözlərinə görə, srağagün gecə bacısının altı aylıq körpəsini sözügedən tibb müəssisəsinə aparıblar:

"Uşağın qulağında pambıq qaldığından, ev şəraitində müdaxilə edə bilmədik. Xəstəxananın Jalə Hümmətli adlı lor həkimi və onunla gecə növbəsində çalışan tibb bacısı körpəni müayinə etməyə başladılar. Yarım saat uşağın qulağını su ilə yumağa çalışsalar da, balaca pambıq parçasını körpənin qulağından çıxara bilmədilər. Jalə həkimin çox gənc eyni zamanda təcrübəsizliyi əslində açıq şəkildə görünürdü. Pambıq parçası körpənin qulağından çıxarılmasa da, otaqdan çıxanda həkimin masasının üzərinə pul qoyub təşəkkür etdik ki, evdən tələsik çıxmışıq. Otaqdan çıxan kimi tibb bacısı arxamızca gəlib bildirdi ki, siz həkimə bu məbləği verəndə utanmadınızmı? Gecənin yarısı xəstəxanaya gəlib həkimi və məni narahat edirsiniz, bu nə puldur verirsiniz? Dedik ki, evdən tələsik çıxmışıq. Həm də axı bura dövlət xəstəxanasıdır. Bildirdilər ki, nə olsun dövlət xəstəxanasıdır? Gecə saat 2-də həkimə gələndə bilmirsiz ki, pul verilməlidir? Körpənin ağlamasına görə birtəhər maşına oturduq. Həkimin verdiyi kağızda telefon nömrəsi qeyd olunduğundan, Jalə xanıma telefon açdıq. Söylədik ki, Jalə xanım nə vaxtdan dövlət xəstəxanasında gecə saat 1-dən sonra xəstələrdən pul tələb olunur? Mənim pulum yoxdursa, demək xəstə uşağı müayinə etməyəcəksiniz? Jalə həkim heç bir həkim etikasını nəzərə almadan "Dövlət xəstəxanası olanda həkimə pul verilməməlidir ki? Özəl klinikaya getsəydiniz, havayı müayinə edərdilər körpənizi?", deyərək özünə bir də haqq qazandırdı. Mətbuat nümayəndəsi olduğumu da xanımın diqqətinə çatdırdım"

T.Məmmədqızı bildirir ki, baş verənlərlə bağlı Səhiyyə Nazirliyinə məlumat verəcəyini bildirəndə Jalə Hümmətli "Kimə şikayət edirsiz, gedin şikayətinizi bildirin, mənim heç kimdən çəkinəcəyim yoxdur" deyib. Nazirliyin "qaynar xətti"nə məlumat verildikdən sonra məlum olub ki, sözügedən tibb müəssisəsinin J.Hümmətli adlı həkimi yoxdur və o, Tibb Universitetinin rezidentidir:

"Təsəvvür edin ki, bu xanımın hələ diplomu yoxdur, belə rüşvət tələb edir. Görün diplom alandan sonra nələr edəcək. Nazirlikdən bildirdilər ki, lazımı ölçü götürüləcək".

Mövzunu diqqətlə saxlayacağıq.

Xəbər 802 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +