Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.03.2017  12:20 

“Bayram” qəzalarında 8 nəfər öldü





A+  A-

Bayram günlərində ölkədə baş vermiş yol qəzalarının statistikası açıqlanıb.
XəzərNews.az lent.az-a istinadən xəbər verir ki, martın 22-də ölkə yollarında baş vermiş 9 yol qəzası 4 nəfərin ölümünə, 17 nəfərin isə yaralanmasına səbəb olub. Bərdədə iki avtomobilin toqquşması 2 nəfərin ölümü, daha 4 nəfərin xəsarət almasına, Cəlilabaddakı toqquşma isə 2 nəfərin ölümünə və 6 nəfərin yaralanmasına səbəb olub.

Bundan başqa, martın 21-də ölkə yollarında 9 yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb. Martın 20-də isə baş vermiş 9 yol qəzası 2 nəfərin həyatını itirməsi, 12 nəfərin isə xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.

Martın 19-da baş vermiş 13 yol qəzasında isə 2 nəfər ölüb, 16 nəfər isə xəstəxanaya yerləşdirilib.

Ümumilikdə son 4 gündə ölkə yollarında baş vermiş qəzalar 8 nəfərin ölümü, 60 nəfərin isə yaralanmasına səbəb olub.

Xəbər 1391 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +