Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


16.03.2017  13:14 

”Hərbi xidmətdə əlil edib buraxıblar, sığortamı ödəmirlər”





A+  A-

“Hökumət məni bu sığortanı almaqdan ötrü illərlə get-gələ salacaqsa, o gözəl qanunu niyə qəbul edib?”.
XəzərNews.az bildirir ki, bu sözləri deyən Zərdab rayonu, Gödəkqobu kənd sakini Sübhan Bəndəlizadə ikinci qrup əlildir. O, AzadlıqRadiosu-na danışır ki, əlilliyi hərbi xidmətdə olarkən “qazanıb”.

Sübhan Bəndəlizadə 2015-ci ildə hərbi xidmətə yollanıb. Lənkəranda xidmət edərkən xəstələnib və hərbi hospitala yerləşdirilib. Dediyinə görə, hərbi hissə rəhbərliyi əsgərin xəstəliyinə biganə yanaşdığından, xəstəliyi dərinləşib. Sübhan nə az- nə çox, 8 ay hospitalda müalicə alıb və ardınca hərbi xidmətə yararsız kimi ordudan tərxis edilib. Hüquqşünaslarla məsləhətləşəndən sonra sığortanı almaq üçün Dövlət Sığorta Kommersiya Şirkətinə üz tutub. İndi bir ildən çoxdur get-gələ düşsə də, sığortanı ala bilmir:

“Bu gedişlə 2-ci böyrəyimi də...”

“Özləri də təsdiqləyirlər ki, “bəli, sənə 6 min 600 manat sığorta düşür”. Deyirəm, bəs niyə vermirsiniz? Bütün sənədləri təqdim etmişəm, hərbi hissəyə aparılarkən sağlam olmağım barədə arayışım, hərbi hissənin tibb məntəqəsində uzun müddət müalicə almağım, hərbi hospitalda 8 ay stasionar şəraitdə müalicəm, – hamısının sənədləri təqdim olunub. Mənim xəstəliyimin dərinləşməsinin səbəbi vaxtında düzgün müalicə almamağımdır. Nəticədə, sol böyrəyim funksiyasını itirib, əlilə çevrilmişəm. Mənim təqdim etdiyim sənədlər gizlədilir, gah deyirlər itirmişik, gah da deyirlər, araşdırarıq. Bir ildir ki, əlil canımla yollarda qalmışam. Bu gedişlə ikinci böyrəyimi də sığortapulu üçün gedib-gəldiyim yollarda itirəcəyəm”.

Çıxış yolu nədir?

Dövlət Sığorta Kommersiya Şirkətindən “Qaynar xətt”ə bildirilib ki, Sübhan Bəndəlizadə sənədləri ilə yaxınlaşsa, araşdırılar.

Hüquqşünas Vaqif Alıyev əlilə məhkəməyə müraciət etməsini məsləhət görür: “Hərbi xidmətdə sağlamlığını itirənlərin çoxu bu problemlə üzləşir. İllərlə bu sığortanı ala bilməyənlər var. Yeganə yolu odur ki, quruma getməsin, məktubla müraciət etsin və məktubla da cavab alsın. Sonra topladığı sənədləri və cavab məktubunu ərizəsinə əlavə edib məhkəməyə müraciət etsin. Təcrübədə belə məsələlərin məhkəmə yolu ilə həlli mümkün olub”.

Xəbər 3190 dəfə oxunub.




28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +