Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.03.2017  12:55 

Bakı-Sumqayıt yolunda yaralanan tələbələrə baxan yoxdur?





A+  A-

Martın 9-da Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnən dəhşətli qəzadan bir həftə ötür.
XəzərNews.az bildirir ki, Modern.az saytına daxil olan məlumata görə, hazırda Sumqayıtdakı xəstəxanada müalicə alan tələbələr baxımsızlıqdan narazıdırlar.
Yaralı tələbə Aytən Quluzadənin bacısı Ayşən Quluzadə də sosial şəbəkədə Sumqayıt xəstəxanasındakı vəziyyətdən şikayət edib. O, deyib:

“Qəzada xəsarət alan tələbələri vecinə alan yoxdur. İcra başçısı, nə bilim hansısa rəsmilər qəza günü yalandan tələbələrin başlarını sığallayıb mediaya "poza verib" gedər-gəlməzə qərq oldular. Heç gəlməsinlər... Sözüm ondadır ki, xəstəxananın elə bir şəraiti var ki, orada sağlam adam xəstəlik tapar. O boyda yerdə cəmi iki tibb bacısı var. Əvvəl tapşırıq var idi deyə, maraqlanırdılar. İndi tələbələrlə maraqlanan yoxdur. Sırağagün bacımın halı pisləşəndə günorta saat 3 deyildi heç. Amma onu yoxlamağa həkim tapılmırdı.
Axırda gördülər anam hay-küy salıb , əməliyyatdan həkimin birini yarımçıq çıxarıb gətirdilər. O gəlib yardım etdi. 2-3 gün idi oradakı həkimə dedik aparaq Bakıya. Dedi ki, gərək dilinizdən kağız verəsiniz, sonra aparasınız. Çarəsiz “tərpətmək olmaz” deyə qalmağına razılaşdıq. Bu gün də yenə pis olub vəziyyəti. Yenə həkimi yox idi. Başqa həkim gəlib baxıb”.

A.Quluzadə əlacsız qalaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə zəng vurduqlarını bildirib:

“Dedilər ki, maraqlanacaqlar... amma nə səs var, nə soraq. Bu qədər də olmaz. Məqsədiniz sağ qalanları da öldürməkdir? Xəstənin vəziyyəti ilə bağlı nəsə deyəndə, elə cavab verirlər ki, sözlərindən belə çıxır ki, pulun varsa, apar özəldə müalicə elətdir, bizim gücümüz buna çatır. Bu qədər KİV vasitələri var. Niyə məsələni araşdıran biri yoxdur?Anlayıram, jurnalistin işi problemi həll etmək deyil, amma göstərməkdir. Media bu məsələni gündəmdə saxlasa, bu məsələni araşdırsa, digər qurumlar da məcburən də olsa, öz xoşuna da olsa, problemlə maraqlanacaqlar. Gündə bir sistem, iki iynə ilə o cür xəstələr sağalmır. Xəstəxana özü nə gündədir ki, xəstəyə də baxmağa imkanı olsun?! Bu dəqiqə o tələbələrə normal şəraiti, hər növ yardım imkanları olan bir klinikada müalicə lazımdır. Bu gecə iki dəfə qızların palatasına xəstə gətirilib. Hər dəfə işığı yandıranda, səs-küy olanda yuxudan yarımçıq ayılırlar. Travmalı uşaqlar olduğunu nəzərə almalıdırlar. Düzgün yardım etsinlər xəstələrə. Səhiyyəmizin necə bərbad olduğunu görmək çox çarəsizdir. Gərək bizim ölkədə xəstəxanaya gedəndə dərmanı da, həkimi də özünlə aparasan, başqa yolu yoxdur. Səlahiyyəti olan hər kəs bu məsələ ilə maraqlanmalıdır. Bu ,onların öhdəliyidir və lazımi səviyyədə də yerinə yetirməlidirlər".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məsələ ilə bağlı danışarkən bu məlumatı təkzib edib:

“Hazırda Sumqayıt Dövlət Xəstəxanasında 2 xəstə müalicə alır. Onların vəziyyəti yaxşılaşır, həyati təhlükələri yoxdur. Onların sağalması üçün həkimlər əlindən gələni edib və edir. Əgər kimsə başqa xəstəxanaya köçürülmək istəyirsə, o başqa məsələdir. Amma “baxan yoxdur” deyilməsi haqsızlıqdır. Çünki onalrın yaşaması üçün bütün həkimlər səfərbər olub”.

Xəbər 1029 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +