Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.03.2017  16:29 

Dövlət qurumları arasında zəli qalmaqalı böyüyür





A+  A-

Dövlət Gömrük Komitəsinin dünən müsadirə etdiyi zəlilərlə bağlı qalmaqal böyüyür.
Qanunvericiliyin tələblərinə əsasən, zəlilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilməli olsa da, Komitə onları Zoologiya İnstitutuna təhvil verib. Bu məsələ isə qurumlar arasında narazılıq yaradıb.

Bildirək ki, zəlinin bir ədədinin daxili bazarda topdansatış qiyməti 50-70 qəpik, pərakəndə satış qiyməti isə 1 manatdır.

Sayt məsələ ilə bağlı Zoologiya İnstitunun direktor müavini Elman Yusifovla əlaqə saxlayıb. E. Yusifov qeyd edib ki, 4 ay bundan əvvəl Gömrük Komitəsi tərəfindən qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılan 30 minə yaxın zəlinin istintaq müddətində saxlanılması üçün instituta müraciət daxil olub: “Hazırda bu məsələ ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir. Biz komitəyə bildirdik ki, zəlilərin təbiət elementi kimi sahibi Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Biz alimlər isə ekspert rəyi bildirə bilərik.

Gömrük Komitəsindən isə bizə cavab olaraq dedilər ki, zəliləri əvvəlcə nazirliyə aparıblar. Nazirlik isə deyib ki, zəliləri təbiətə buraxa bilərlər, saxlamaq üçün şəraitləri yoxdur, Şirvan Milli Parkındakı Qızılbaş gölünü təklif ediblər. Ora isə uyğun deyil.

Bundan sonra təkrar Komitə institutumuza müraciət etdi və biz bu işlə bağlı 6 nəfər mütəxəssis ayırdıq. Zəlilərə qulluq etdik. Çünki zəliləri süni şəraitdə saxlamaq çətin məsələdir. Hər gün onları təmiz bulaq suyunda dializ etmək lazımdır. Hava soyuq olduğu müddətdə biz onları institut daxilində saxladıq. Ancaq temperatur son zamanlar 10 dərəcəyə qalxdı və zəlilər ayılmağa başladılar. Və bu barədə Nazirliyə də məlumat verdik.

Zəliləri institutun Mingəçevirdə yerləşən laboratoriyasına köçürtdük.

Hazırda komitənin iki nəfər müstəntiqi zəlilərlə bağlı bizimlə mütəmadi əlaqə saxlayır. Zəlilər də tam nəzarətdədir. Bu gün institutun iki laboratoriya müdiri Mingəçevir şəhərinə ezam edilib. Zəliləri ordakı süni göldə saxlayırıq. Və bu günlərdə onları Gömrük Komitəsinin işçilərinə təhvil verəcəyik. Ondan sonrakı prosesə isə Komitə artıq özü qərar verəcək”.

E. Yusifovun sözlərinə görə, zəlilərlə bağlı məsələdə müqəssir yoxdur: “Hamının məqsədi dövlətə, təbiətə kömək etməkdir. Bizim 6 işçimiz 4 ay təmənnasız olaraq zəlilərə qulluq edib. Zəlini necə və hansı şəraitdə saxlamağı bizdən yaxşı inanmıram ki, kimsə bilər.

Tam məsuliyyətimlə deyirəm ki, Azərbaycandakı zəlilər talanır, ona nəzarət edən yoxdur. Gömrük Komitəsinin tutduğu bu zəlilər heç indiyə kimi aparılan zəlilərin 5-10 faizi deyil. Hamı da gözəl bilir ki, zəliləri kim harada saxlayır, kimin harada süni gölləri var. Ancaq nədənsə ona göz yumurlar. İndi isə deyirlər ki, niyə Gömrük Komitəsi zəliləri Zoologiya İnstitutuna verib? Oturub qiymət hesablayırlar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, zəlilərin geri qaytarılaması üçün müvafiq addımlar atılır və nəticə haqda mətbuata açıqlama veriləcək.

(qafqazinfo.az)

Xəbər 1579 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +