Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.03.2017  12:12 

Daha 146 dövlət əmlakı hərraca çıxarıldı





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) aprelin 4-də hərrac keçirəcək.
ƏMDK-dan XəzərNews.az-a verilən xəbərə görə, bu hərraca ümumilikdə 146 dövlət əmlakı olmaqla, 21 səhmdar cəmiyyəti, 78 kiçik dövlət müəssisə və obyekti, 16 istifadəsiz qeyri-yaşayış sahəsi və 14 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunan müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir. Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib.
Yeni hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Sumqayıt şəhərində yerləşən “1 saylı təsərrüfat hesablı stomatoloji poliklinika”, Astara şəhərində yerləşən "Azərbaycan" kinoteatrı, Qusar rayonunda yerləşən “Qusar Tədarük Satış Bazası” və digərləri aiddir.
Hərraca çıxarılan müəssisələr sırasında Ağsu Sənaye İnşaat, Daşkəsən Aqrotexservis, Əli Bayramlı Kəndnəqliyyat, Lənkəran Mebel, Zaqatala Fındıq kimi iri dövlət əmlakları var. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. Bu dəfəki hərracda 21 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Bu səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Sumqayıt şəhərində yerləşən 1 saylı təsərrüfat hesablı stomatoloji poliklinikasıdır. Qeyd olunan bu əmlakın ilkin start qiyməti 412 min manatdır.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 12-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Ağstafa və Kürdəmirdə yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Sabunçu rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 63 min manat start qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinə isə 31 min manat start qiyməti təyin olunub.

Xəbər 2596 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +