Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


09.02.2017  18:01 

Ali məktəblərə qəbul qaydalarındakı dəyişiklik nəyə xidmət edir...





A+  A-


Dövlət İmtahan Mərkəzinin (DİM) təklifi əsasında Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.

XəzərNews.az bildirir ki, Modern.az saytı dəyişikliklə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin və təhsil eksperti Şahlar Əsgərovun fikrini öyrənib.

İsa Həbibbəyli bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsini təhsil sahəsində olan islahatların bir hissəsi kimi qiymətləndirir.

“Bu, abituriyentlərə yaradılan şəraitlərin genişləndirilməsinə xidmət edir. Çox yaxşı haldır. Həmçinin bu qərar abituriyentlərin bilik və bacarıqlarını yenidən yoxlamaq üçün bir şəraitdir. Bu abituriyentləri ölkədə təhsilə cəlb etmək deməkdir. Dəyişikliyi zəruri edən bir sıra mühüm amillər mövcuddur. Hər il xeyli tələbə öz vəsaiti hesabına xaricdə təhsil almağa gedir. Bu da kifayət qədər böyük məbləğdə pul vəsaitlərinin və insan resurslarının xaricə getməsinə səbəb olur. Bu dəyişikliklə abituriyentlərin ölkə daxilində təhsil almaq imkanı genişlənir, xaricə axan pul da ölkədə sərf olunur. Qərar həmçinin, ali təhsil müəssisələrinin də inkişaf etməsinə şərait yaratmış olacaq”.

Şahlar Əsgərov da deyib ki, dəyişiklik çox dəyərli addımdır.

“Ali məktəblərə qəbul olunmaq hər bir abituriyentin arzusudur. Bu arzu da dövlət orqanları tərəfindən qarşılanır. İndi tələbə qəbulunda bir az uğur qazanmış məzunlar onlara yaradılan daha bir şəraitdən yararlanaraq, ali təhsil müəssisəsinə qəbul olunacaqlar. Ona görə də, bu qərarı dəstəkləyirəm”.



Xəbər 842 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +