Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.02.2017  11:31 

Əhəd Abıyevin qardaşı oğlundan Prezidentə şikayət: “Görüntülər, səs yazıları gizlədilir...”





A+  A-


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Dövlət Yol Polisində çalışan qardaşı oğlu Kamal Abıyev bir sürücünü təhqir edib və onun xanımının xəstəxanaya düşməsinə səbəb olub.

XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, hadisə K.Abıyevin kapitan-inspektor vəzifəsində işlədiyi Göytəpə postunda baş verib.

Sürücü Ramin Rzayevin sözlərinə görə, heç bir qayda pozmadığı halda onu postda saxlayıb, sənədlərini istəyiblər: "2016-ci ilin dekabrın 27-də "Niva” markalı 99 ZS 084 dövlət nömrə nişanlı öz şəxsi avtomobillimlə Bakıya gedirdim. Cəlilabad rayonunun Göytəpə postuna çatanda məni saxladılar. Hansı səbəbdən saxlandığımı soruşanda dedilər ki, səni saxlamaq üçün inspektor Kamal Abıyev göstəriş verib.

Mənim saxlanılmağım haqda Kamal Abıyevə məlumat verdilər. O da buraxmamağı tapşırdı. Özü 15 dəqiqə sonra gəldi. Niyə saxlanıldığımı ondan da soruşdum. Bildirdi ki, maşınının arxa "prujinləri” balacadır. Mən də izah etdim ki, avtomobilin arxasının yatması, onda hansısa dəyişiklik etməyimlə bağlı deyil, sadəcə yüklü olmasına görədir. Onlara məni boş yerə saxladıqlarını, vaxtımı aldıqlarını bildirdim. Bu iradım isə görünür, Abıyevin bərk xətrinə dəydi və məni aşağılayan ifadələr işlətdi. Mən isə cavabını verdim. Bundan sonra o bərk əsəbiləşdi və məni təhqir etməyə başladı, hətta üstümə də cumdu. Ona maşında ailə olduğunu, səsini aşağı salmağı məsləhət görsəm də, xeyri olmadı. Əksinə, bir qədər də qızışıb, vəzifəli şəxsə yaraşmayan, küçə söyüşləri ilə məni təhqir etdi. Dediklərinə cavablarım isə ağıllı-başlı səs-küyə, gərginliyə səbəb oldu. Sonra polislər məni sakitləşdirdilər, maşınıma doğru gətirdilər. Maşına qayıdanda yoldaşımın özündən getdiyini gördüm, ağzı köpüklənmişdi. Tez su istədim, onu ayıltmağa çalışdıq. Təsəvvür eləyin ki, belə bir vəziyyətdə, K.Abıyev polis maşınında oturub mikrafonla məni söyməyə davam edirdi. Hətta yoldaşımın halının pisləşməsini də qəsdən etdiyimizi deyib, bizi aşağılayan ifadələr işlədirdi.

Amma ona fikir vermədən yoldaşımı təcili olaraq Göytəpə xəstəxanasına apardıq. Məlum oldu ki, həyəcandan, qorxudan qıc olub. İkinci dəfə Salyan yolunda halı pisləşdi. Həmin gündən sonra hər gün eyni vəziyyət təkrarlanır. Ona görə də məcbur olub xəstəxanaya yatırdıq, hazırda Sumqayıt xəstəxanasında müalicə olunur. Həkimlərin dediyinə görə, ağır sarsıntı keçirib, qorxub, həyəcanlanıb”.

Sürücünün sözlərinə görə, hadisəylə əlaqədar dərhal 102 xidmətinə zəng vurub, sonra da bütün aidiyyəti qurumlara rəsmi müraciət edib: "Bundan sonra Göytəpə postunun rəisi dəfələrlə məni danışığa çağırıb. Amma razılaşmamışam. Niyə hüquqlarım tapdalanmalıdır, ailəmin yanında niyə təhqir olunmalıyam? Hadisə postda olub, orada görüntülər və səs yazıları olmalıdır. Amma onları gizlədirlər. Çünki onlar ortaya çıxsa Abıyev dərhal işdən azad olunmalıdır. Mənə zəng vurub deyirlər ki, guya, texniki qüsur olub deyə görüntülər də, səs də yazılmayıb. Hər şeyi öz xeyirlərinə edirlər, polis adına ləkə olan şəxsi, bir kişini öz qadının yanında təhqir edən ləyaqət hissini, insanlığı itirən şəxsi qorumağa çalışırlar. Bununla bağlı mən Dövlət Yol Polisi baş İdarəsində də oldum. Onlar mənə açıq şəkildə bildirdilər ki, Əhəd Abıyevə görə ona heç nə edə bilmirlər”.

Zərərçəkən bildirib ki, maşının avtomobilinin arxa "prujin”lərinin balaca olması ilə bağlı heç bir protokol hazırlanmayıb: "Əgər qanunsuzluq var idisə, niyə protokol yazmadılar?”.

Ramin Rzayev vurğulayıb ki, Kamal Abıyevin etdiyi hərəkətlərdən prezident İlham Əliyevə və müvafiq qurumlara müraciət edib.

Qeyd edək ki, Kamal Abıyevin vətəndaşlara qarşı kobud rəftarı, qanunsuzluqlar etməsi barədə mətbuatda dəfələrlə məlumatlar yayınlanıb.



Xəbər 1472 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +