“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


03.04.2024  12:30 

Ömrü qısaldan QATQILAR - Zavod çörəyini niyə bir gündən artıq saxlamaq OLMUR?





A+  A-

Azərbaycanda çörək əsas qida məhsulu hesab olunur. Şəhər sakinləri, əsasən, ənənəvi zavod çörəyi istehlak edirlər. Çörək, üzərində yazıldığı şəraitə uyğun saxlanılsa da, onu bir gündən sonra yemək mümkün olmur. Çünki tez bayatlaşır və içərisi yapışqan olur. Evdə sobada, təndirdə bişirilən çörəyi isə günlərlə saxlamaq və yemək mümkündür. Həmin çörəklərdə bayatlaşma, quruma, kiflənmə beş-altı gündən sonra başlayır.

Bu da zavod çörəklərinin hazırlanmasında müxtəlif qatqılardan istifadə olunduğunu göstərir.

Maraqlıdır, çörəyin ömrünü azaldan qatqılar nələrdir və onların insan səhhətinə təsiri necədir?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı qida üzrə mütəxəssis Məhsəti Hüseynova Bizim.media-ya bildirib ki, zavod çörəklərinin tərkibinə kimyəvi maddələr qatıldığı üçün onları çox saxlamaq olmaz:

“Sənaye üsulu ilə hazırlanan çörəklərin tərkibi un, maya, bitki yağı, duz, şəkər, sudan ibarət olduğu halda, həm kimyəvi mayalardan, həm də kimyəvi qatqı maddələrindən istifadə olunur. Buna görə də bəzən çörəklərin rəf ömrü uzun olsa da, içində yapışqanlıq sezilir. Daha çox nəmişliyə, rütubətə məruz qaldıqda kifləndiyi görülür. Buna görə də mütləq çörəklərin üzərində yazılan istehsal və son istehsal tarixinə, həmçinin, xarici görünüşünə, məsamələrinə, iyinə, rənginə baxmaq lazımdır. Bəzən çörəyin son istifadə müddəti bitsə də, bəzi istehlakçılar onu yeyirlər ki, bu, tamamilə yolverilməzdir. Çünki çörək üzərindən xarab olmuş kimi görünməsə də, insan orqanizminə zərər verəcək.

Kiflənmənin ilkin mərhələsi başlayıbsa, dadında dəyişiklik yoxdursa belə, qəbul etmək olmaz. Evdə hazırlanan çörək uzun müddət qalsa da, kiflənmir. Ona görə ki, tərkibi un və təbii mayadan ibarət olur. Heç bir əlavə konservant istifadə olunmadığı üçün orqanizm daha asan həzm edir və bir neçə gün qaldıqda da keyfiyyətini itirmir”.

Mütəxəssis hesab edir ki, ağ çörəklər orqanizm üçün daha zərərlidir:

“Ağ undan bişirilən çörəklər, buraya zavod çörəkləri də aiddir, onların tərkibində qara çörəkdən daha çox kalori, karbohidrat var və eyni zamanda, tərkibində qlüten daha çoxdur. Belə olan halda həmin çörək daha gec həzm olunur və mədədə şişkinliyə, köpə səbəb olur. Xüsusilə də tərkibində qlütenin çox olması qlüten həssaslığı olan insanlarda daha ağır nəticələrə gətirib çıxarır. Yaxşı olar ki, ağ çörəkdən mümkün qədər az istifadə etsinlər.

Ağ çörəyin həzmi gec olduğu üçün bağırsaqların da funksiyasını pozur, bağırsaq divarlarında iltihaba səbəb olur. Davamlı olaraq bu çörəklərdən istifadə edən insanlarda qəbizlik, həzm sisteminin pozulması baş verir. Bəzən də kalori miqdarına görə məhz qara çörəyə üz tutan insanlar var ki, bunlar da keyfiyyətli, mənşəyi bəlli olan yerdən çörək almalıdırlar.

Çörək miqdarından çox yeyilərsə, köhnəlmiş çörək qəbul olunarsa, yaxud da üzərində etiket məlumatları tam dolğun olmazsa, bu zaman bir çox xəstəliklərə səbəb olar.

Birinci növbədə artıq qəbul olunan karbohidratlar enerjiyə çevrilə bilmədiyi üçün piylənməyə, köklüyə, həmçinin mədə-bağırsaq sisteminin funksiyasının pozulmasına səbəb olur”.


Xəbər 454 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +