“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


01.04.2024  11:24 

“Diaspor təşkilatlarına vergi, gömrük güzəşti baş ağrı ola bilər”





A+  A-

Xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı göstərən fiziki və hüquqi şəxslərə, eləcə də Azərbaycan naminə müxtəlif layihələr həyata keçirən diaspor təşkilatlarına Azərbaycanın müvafiq qanunvericiliyində vergi, gömrük və digər güzəştlər tətbiqi ilə bağlı təkliflər səsləndirilir. İndiki halda edilən bu təkliflər nə dərəcədə real görünür?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Diaspora.tv-yə açıqlamasında iqtisadçı Xalid Kərimli xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı göstərən fiziki və hüquqi şəxslərə fərqli münasibətin göstərilməsinin, hansısa güzəştlərin tətbiq edilməsinin tərəfdarı olmadığını deyib:

“Düşünmürəm ki, onlara vergi güzəşti edilməlidir. Həm də hesab etmirəm ki, bu dövlət baxımından yaxşı addım olar. Əksinə, xaricdə yaşayan azərbaycanlılar Azərbaycana kömək etməlidir. Nəzərə alsaq ki, hələ Azərbaycan adambaşına düşən ümum daxili məhsula görə geridəqalmış, zəif inkişaf etmiş ölkələr sırasındadır. Hətta dünya ortalamasından da aşağıdadır. Bu baxımdan Azərbaycanın hazırda kiməsə kömək etmək kimi lüksu yoxdur. Azərbaycan nə Niderlanddır, nə Belçikadır, nə də Avstriyadır ki, böyük imkanları olsun. Ölkəmizdə orta aylıq, minimum əmək haqqı, yaşayış minimumu bəllidir. Yəni, Azərbyacnın kömək edəcəyi insanlar varsa, bu ölkədə yaşayan və vəziyyəti yaxşı olmayan azərbaycanlılardır. Bu baxımdan bunu doğru hesab etmirəm”.

X.Kərimli diaspor təşkilatlarına vergi, gömrük və digər güzəştlərin tətbiqi ilə bağlı məsələni şərh edərkən deyib ki, bu addımı Azərbaycanın mərkəzi büdcəsi hesab etmək mümkün deyil:

“Onsuz da mərkəzi büdcənin qayğıları çoxdur. Vətəndaşlar, şirkətlər öz şəxsi təşəbbüsü ilə köməklik edə bilər. İkinci bir tərəfi isə ondan ibarətdir ki, bu zaman vergidən yayınmaq üçün ciddi imkanlar yaranacaq. Yəni, sübut etmək lazım gələcək ki, hansısa diaspor təşkilatı həqiqətən fəaliyyəti var, bu kiminsə dostu deyil. Yaxud da, pulu xaricə keçirmirəm, yəni çirkli pulu yumuram. Burada çoxlu baş ağrılar ortaya çıxa bilər. Yəni, oratay qoyulan xoş niyyətin 70-80 faizi bəd niyyətə, başqa maraqla yönələ bilər. Ona görə də bunu nə büdcə baxımdan məqsədə uyğun hesab etmirəm, nə də tətbiqinin effekt verəcəyini düşünmürəm. Digər tərəfdən yerli büdcənin həll etməli olduğu xeyli məsələlər var. O baxımdan hökumət artıq qalan pulu ilə pensiyaların, yaşayış minimumunun artırılmasını düşünə bilər”.

Xəbər 683 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +