İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.02.2019  12:26 

Ruhəngiz bu dəfə Mehinə görə tənqid olundu





A+  A-

Əməkdar artist Ruhəngiz Allahverdiyevanın sosial şəbəkənin yeni fenomeni Mehin İbrahimova ilə (Tural) yayılan videosu tənqidlərə məruz qalıb.
XəzərNews.az xəbər verir ki, müğənni bir neçə gün bundan əvvəl Mehinlə birgə ad günündə olub. Sənətçinin yanında əyləşən fenomenə səmimi davranması, onunla selfi çəkdirməsi müzakirələrə səbəb olub.

Onların sözügedən görüntülərini instaqram səhifələri paylaşıb, izləyicilər isə Allahverdiyevanı tənqid ediblər. Sənətçinin fanatları onun bu addımını birmənalı qarşılamayaraq əməkdar artist barədə neqativ fikirlər yazmağa başlayıblar.

VİDEO

İfaçı xoşagəlməz sözlərdən sonra instaqram səhifəsində açıqlama yayıb: “Kim özünü necə aparırsa, bu, onun şəxsi işidir. O da mənim kimi məclisə dəvət edilib. Mən o qabiliyyətin sahibi deyiləm ki, başqasının yığıncağında qonağı qovum. Mənim gülməyim, sevinməyim, danışmağım kimi haqlarım var. Məclislərə ayrı-ayrılıqda dəvət almışıq. Kimsə yanımda əyləşibsə, mənim problemim deyil. Həmin şəxsə deyə bilmərəm ki, burada yox, orada əyləş!

Hər zaman yaşımdan asılı olmayaraq şən, pozitiv, qəlb qırmayan biri olmuşam. Onunla reklama qəti ehtiyacım yoxdur. Öz mahnılarımı paylaşanda bu qədər rəy yazmırlar və “like” etmirlər. Amma kimlərisə gündəmə gətirən, onun haqqında rəy yazanlar bu şəbəkənin insanlarıdır”.

Xəbər 4399 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +