Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


10.11.2017  19:35 

Bakıda piyadaların maşınla ən çox vurulduğu saatlar





A+  A-

“Son günlər ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrində piyadaların vurulması hallarının artmasını müşahidə edirik və bu qəzalar əsas etibarı ilə günün alatoranlıq və qaranlıq vaxtlarına, yəni saat 17-19 aralığına təsadüf edir. Sözsüz ki, bu müddət insanların ən çox işdən çıxaraq evə getdikləri vaxtdır”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, piyadaların əksəriyyətinin yolu keçmək vərdişləri isə hamıya bəllidir.

“Xüsusilə də tələsəndə. Əlbəttə, evə tələsənləri anlamaq olar. Hər bir kəs çalışır ki, evinə tez gedib balalarının və ya valideynlərinin yanında olsun, istirahət etsin, dincəlsin, ev işlərini görsün. Lakin bəzən onun evə tələsərkən qənaət etmək istədiyi çox kiçik zaman kəsiyi onu doğmalarından ya birdəfəlik ayırır, ya da uzun zaman müalicə almaq üçün xəstəxana çarpayısına məhkum edir. Özü də əziyyət çəkir, yaxınları da, xüsusilə də bu şəxs ailə başçısı, daha doğrusu evin dolanışığı üçün qazanc gətirən olduqda. Təsəvvür etmək belə çətidir. Amma nə etmək olar ki, reallıqdır və demək olar ki, hər gün belə hallara rast gəlinir. Özü də təkcə iri şəhərlərdə deyil, rayon mərkəzlərində, hətta kəndlərdə də. Bəs belə qəzaların qarşısını necə və hansı yolla almaq olar? Yəqin ki, oxucuların çoxu polisin inzibati təsir metodunu gücləndirməsini və televiziya ekranlarında, mətbuatda geniş təbliğat işlərinin aparılmasını təklif edəcək. Əlbəttə, bu işlər görülür və bunların təsiri də var. Amma qismən”.

K.Əliyev hesab edir ki, təbliğat və maarifləndirmə işlərini hər kəs öz təfəkküründə, şüurunda aparsa daha təsirli və daha effektiv olar.
“Yəni, sürətlə şütüyən avtomobilləri görə-görə, keçidin qadağan olduğunu bilə-bilə özlərini ölümün pəncəsinə atanlar öz həyatları üçün heçmi təhlükə hiss etmirlər? Çox güman ki, hiss edirlər, sadəcə nəticəsi haqqında düşünmürlər, yaxud da düşünmək istəmirlər. Düşünmürlər ki, indi elə buradaca məni maşın vursa nə olacaq, nə baş verəcək? Hətta sağ qalsam belə, evimə, ailəmə verilən qəfil xəbərdən doğmalarım hansı stresləri keçirəcək, bu xəbəri çatdıran telefon zənginə valideynlərimin ürəyi tab gətirəcəkmi? Yəni, bütün bunların baş verməməsi üçün 100-150, lap elə 300-500 metr məsafəni artıq gedib təhlükəsiz yerdən keçmək o qədərmi çətin və əziyyətlidir? İstəsək edərik. Qalır sadəcə bircə dəfə yaxşı-yaxşı düşünüb bu istəyi birdəfəlik öz şüurumuza həkk etdirmək. Və təkcə özümüzün yox, bütün yaxınlarımızın, əzizlərimizin, doğmalarımızın. Yəni, ən azı hər gün səhər-səhər evdən çıxana “Yolda tələsmə, diqqətli ol, yalnız piyada keçidindən keç” deməklə bu hərəkətlərin vacibliyini onların şüuruna yeritmiş olarıq. Yalnız özümüzə və onlara bu vərdişləri tam aşıladığımız təqdirdə nə anaların gözü yaşlı qalar, nə balalar yetim böyüyər, nə də ki, kimsə canından olar”.

Xəbər 1003 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +