Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.11.2017  11:35 

Keçmiş DYP zabiti 170 min manatı mənimsəyib





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib.
XəzərNews.az xəbər verir ki, bu barədə “AzPolitika”ya Xətai Rayon Məhkəməsindəki mənbələrdən məlumat daxil olub.

Cahangir Əliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün keçmiş əməkdaşıdır. O, sahibkarlıqla məşğul olan vətəndaşın 170 min manatını ələ keçirib qaytarmadığına görə sonuncunun şikayəti əsasında polis orqanlarından uzaqlaşdırılıb. Hələ ötən il sayta daxil olan məhkəmə sənədlərindən görünürdü ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün əməkdaşı, polis kapitanı Əliyev Cahangir Amangəldi oğlu etibardan sui-istifadə yolu ilə vətəndaşın külli miqdarda – 170 min manat məbləğində vəsaitini ələ keçirib və qaytarmaq istəmir.

Belə ki, generalın bacısı oğlu Bakı şəhər sakini olan vətəndaşlardan birindən 2014-cü ilin fevral ayında 200 min manat borc alıb, bir qədər sonra bu pulun 30 min manatını geri qaytarsa da, qalanını mənimsəyib. Buna görə 2015-ci ilin iyul ayında C.Əliyev məhkəməyə verilib. Uzun sürən məhkəmə proseslərinin sonunda yekun qərar C.Əliyevin pulu sahibinə qaytarması yönündə olub. Lakin bu dəfə də o, məhkəmə qərarını icra etməkdən yayınıb. Xətai rayon İcra Şöbəsinin əməkdaşları aylarla süründürməçilikdən sonra zərərçəkən tərəfin israrı nəticəsində sərt qərar qəbul etməyə məcbur olublar. Generalın bacısı oğluna 20 sutkalıq həbs qərarı verilib. Növbəti mərhələdə onu cinayət işi və 3 ilədək həbs gözləyir.



Maraqlıdır ki, hazırda İcra Şöbələrində general Həsən Şirinovun daha bir neçə yaxınının – digər bacısı oğlu Ələmşah Cəfərovun, qardaşı Aslan Şirinovun və başqa yaxınlarının icra etmədikləri bir neçə məhkəmə qətnamələri var. Onlar saxta sənədlər əsasında ələ keçirdikləri torpaqları satıb, pulunu mənimsədikləri onlarla vətəndaşın – o cümlədən Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və İbrahimova Şəbnəm Eldar qızının külli miqdarda vəsaitini geri qaytarmaq barədə məhkəmə qərarlarını icra etmirlər. Lakin məhkəmə icraçıları hansısa səbəbdən, istisna deyil ki, cavabdehlər məhz general Həsən Şirinovun yaxınları olduqlarına görə vətəndaşlara dəymiş ziyanı ödətdirmirlər.

Qeyd edək ki, sözügedən vətəndaşlar Bakının Nizami və Xətai rayon İcra Şöbələrinin əməkdaşlarının fəaliyyətsizliyindən yuxarı instansiyalara – Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova və digər vəzifəli şəxslərə şikayətlər ünvanlayıblar.


Xəbər 1920 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +