Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


10.05.2017  15:10 

Azərbaycanlıların nəhəng bazarı, “Şakro Molodoy” və generallar...





A+  A-

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqdakı nəhəng meyvə-tərəvəz bazası “Sofiysk”in fəaliyyətini yoxlayır.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, əsasən azərbaycanlıların nəzarətində olan, Rusiyaya xaricdən idxal edilən meyvə-tərəvəzin 70 faizinin cəmləşdiyi “Sofiysk” bazası xüsusi xidmət orqanlarının diqqətini onun sahiblərinə görə cəlb edib. Bunlar milliyətcə osetin olan Taymuraz Misikov və onun oğlu Ruslan Misikovdur.



Taymuraz Misikov

Taymuraz Misikov həm də “mafiya kralı” Zaxari Kalaşovun (“Şakro Molodoy”) və Daxili İşlər Nazirliyinin generalı, Moskva İstintaq İdarəsinin rəis müavini, general Denis Nikandrovun həbsinin baiskarı, dizayner Fatima Misikovanın atasıdır. Hazırda onun adı “Şakro Molodoy”un və digərlərinin işi üzrə cinayət işində keçir, Misikova istintaqdan gizlənir.



Denis Nikandrov

Life.ru bildirir ki, “Sofiysk” bazası Misikovlar ailəsinin biznesidir, biznesin əsasını 90-cı illərin əvvəllərində Taymuraz Misikov qoyub. O, Şimali Osetiyada anadan olub. Misikovlar topdansatış bazasını “Nart” firması vasitəsilə idarə edir, ata Misikov firmanın direktoru, oğlu isə müavinidir. “Sofiysk” bazasının sahəsi 32 hektardır, ora ildə 60 min ton yük daxil olur. Bazaya hər gün iki mindən çox TIR girir, onlar əsasən yaxın xaricdən yük daşıyırlar. “Nart” firması topdansatış bazasının anbarlarını subicarəçilərə icarəyə verib, bazarda dəfələrlə azərbaycanlı kriminal qruplaşmalar arasında atışmalar olub.

Məlumata görə xüsusi xidmət orqanları topdansatış bazasında terrorçuların əlaltılarını və qeyri-leqal miqrantları axtarıb. “Narta”nın direktor müavini Ruslan Misikov güc strukturlarının bazada yoxlama apardıqlarını təsdiqləyib, ancaq onların şübhəli heç nə tapmadıqlarını bildirib.



Fatima Misikova

Qeyd edək ki, Fatima Misikova 2014-cü ildə Moskvadakı məşhur “Elements” restoran-barının dizayn konsepsiyasını hazırlayıb. Restoranın sahibəsi Janna Kim onunla tanış olub və restoranın interyerinin dizaynının sıfırdan hazırlanması üçün sifariş verib. İşlər yekunlaşanda Janna Kim bildirib ki, nəticədən razı deyil və müqaviləni pozur. Həmin vaxt restoran sahibi dizaynerə 600 min avro ödəmişdi.



Şakro Molodoy

Lakin Misikova bu məbləğlə qane olmur, o, pulun qalanını almaq üçün tanışı “Şakro Molodoy”a müraciət edir. Və 2014-cü ilin dekabrında “Şakro” öz adamlarını “məsələni araşdırmaq üçün” restorana göndərir. “Şakro”nun adamları Janna Kimdən tələb edir ki, ya dizaynerə daha 9 milyon rubl ödəsin, ya restoranı onun adına keçirsin. Bu vaxt restoran sahibi keçmiş polis zabiti olan vəkili Eduard Budantsova zəng vurub kömək istəyir Budantsov da öz adamları ilə gəlir və “Şakro”nun adamları ilə “razborka” başlayır. Silahlar işə düşür və Budantsov “Şakro”nun iki adamını öldürür, 5-ni yaralayır.



Bu atışma ilə bağlı başladılan istintaq sonradan “Şakro Molodoy”un və onunla əlbir olan general Nikandrovun həbsinə gətirib çıxardı. Habelə İstintaq Komitəsinin daxili təhlükəsizlik xidmətinin rəisi, general Mixail Maksimenko və onun müavini Aleksandr Lamonov həbs edildilər. İstintaq müəyyən edib ki, “Şakro” müxtəlif məsələlərlə bağlı “razborkalarda” generalların dəstəyindən istifadə edib, əvəzində onlara milyonlarla dollar verib.

Xəbər 1467 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +