13.02.2017 23:31
Ərazi nə asfaltlanıb, nə də ki, nişanlanma xətti çəkilib. Buna baxmayaraq, burada parkomant quraşdırılıb. Nobel prospekti Ağ şəhər bulvarına bitişik ərazidə qanunsuz parkomant fəaliyyət göstərir.
XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bu isə sürücülərin narazılığına səbəb olur. Söhbət Xətai rayonu Nobel prospekti Ağ şəhər bulvarına bitişik ərazidən gedir. Yaxınlıqda olan ofislərdə çalışan işçilər avtomobillərini burda saxlayırlar. Bunu görən Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları torpaq ərazidə parkomat quraşdırıblar.
Çəkiliş apardığımız zaman parkomantların işlək vəziyyətdə olmasının şahidi olduq. Ancaq nədənsə ərazidə parkomanta nəzarət edən əməkdaşlar gözə dəymirdi.
Bununla yanaşı, yer torpaq olduğundan xüsusən də yağışlı və qarlı günlərdə əraziyə daxil olmaq çətinləşir. Ancaq bütün bunlara baxmayaraq, ərazi ödənişli parklanma yeri kimi fəaliyyət göstərir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, "yol hərəkəti" haqqında qanuna görə bu cür ərazidə parkomant qoyula bilməz..
Əslində isə parklanma yerləri müəyyən standartlara cavab verməlidir.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən olmadı.
|
16.05.2024 11:49
16.05.2024 11:46
“Qarabağ 3 komandanı keçərək çempionlar liqasına düşə bilər”
16.05.2024 11:37
16.05.2024 10:23
15.05.2024 23:01
15.05.2024 09:27
15.05.2024 09:15
15.05.2024 00:54
14.05.2024 22:27
Əgər insanın bir yerində nöqsan varsa...-Meyxanaçıdan açıqlama
14.05.2024 22:19
14.05.2024 22:11
14.05.2024 21:58
14.05.2024 21:41
14.05.2024 20:29
14.05.2024 19:42
14.05.2024 19:22
14.05.2024 16:32
14.05.2024 16:28
14.05.2024 16:17
14.05.2024 14:09
İcra başçılarının “YENİ KƏŞFİ”: Antikorrupsiya əməliyyatlarında yaxalanmamaq üçün… – FOTO
14.05.2024 14:06
14.05.2024 12:51
Seçkidə iştirak etmək niyyətim yoxdur - Mirmahmud Mirəlioğlu
14.05.2024 11:57
14.05.2024 11:24
14.05.2024 10:51
13.05.2024 22:01
13.05.2024 21:08
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
13.05.2024 21:02
Qobuda itlərin hücum etdiyi qızın nənəsi hadisə anını danışdı -VİDEO
13.05.2024 20:47
13.05.2024 20:40
13.05.2024 17:12
13.05.2024 16:28
“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi – Borca görə