Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.07.2020  15:48 

Azərbaycanda qadın fermerlər 118 kiçik müəssisə yaradıb





A+  A-

Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) arasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması mövzusunda onlayn görüş keçirilib.
XəzərNews.az xəbər verir ki, onlayn görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, Azərbaycan Kənd Qadınları Assosiasiyasının Beynəlxalq Məsləhət Şurasının sədri və Dünya Bankının əməkdaşı Tara Şarafudhin, eləcə də Bakı, Balakən, İsmayıllı, Ağcabədi, Goranboy, Ağdam, Sabirabad, Neftçala, Beyləqan, İmişli, Saatlı, Bərdə, Lənkəran, Masallı rayonlarından 22 qadın fermer iştirak edib.

Qeyd edək ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası kənd qadınlarının sosial və iqtisadi inkişafına dəstək göstərmək məqsədilə 2018-ci ilin noyabr ayında Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi Kənd İnvestisiya Layihəsinin “Kənd Qadınlarının İqtisadi Səlahiyyətlənməsi” komponenti əsasında yaradılıb və dövlət qeydiyyatına alınıb.

Assosiasiya Azərbaycanda Qadın İnkişaf və Müəssisə Qruplarının milli şəbəkəsidir və kəndlərdə aqrobizneslə məşğul olan fermer qadınları təmsil edən bir təşkilat rolunu oynayır. Hazırda İsmayıllı, Balakən, Zaqatala, Ağcabədi, Ağdam, Goramboy, Bərdə, İmişli, Lənkəran, Masallı, Neftçala, Beyləqan, Saatlı və Sabirabad rayonları olmaqla ümumilikdə 14 rayonda 38 Qadın İnkişaf və Müəssisə Qrupları fəaliyyət göstərir. Bu qruplar fəaliyyətin ilk mərhələsində öz vəsaitləri hesabına mikro/kiçik müəssisələr yaradıblar. Eyni zamanda, yeni qrup və müəssislərin yaradılması prosesi davam edir. Qrup sahibkarlığı modeli daha çox qadının işlə təmin olunmasına şərait yaradır. Kənd qadınları yaratdığı müəssisələrdə bizneslərin həcmini böyütdükcə kənddəki digər işsiz qadınları da işlə təmin edirlər.

Hazırda assosiasiyanın üzvü olan 38 Qadın İnkişaf və Müəssisə Qrupu ümumilikdə 118 təsərrüfat, qeyri-təsərrüfat və təsərrüfatdan kənar kiçik biznesləri idarə etməklə 462 kənd qadınını işlə təmin edib.

Xatırlaqdaq ki, beynəlxalq təcrübədə sınanmış Qadın Özünə-Kömək Qrupu modeli MDB məkanında ilk olaraq Azərbaycanda tətbiq olunub.



Xəbər 1476 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +