Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


26.08.2019  12:25 

Valideynlərin diqqətinə - Məktəbəqədər hazırlıqlarda vəsaitlər pulsuzdur





A+  A-

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Təhsil Nazirliyində məktəbəhazırlıq qruplarına sənəd qəbuluna start verilib.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, proseslə bağlı məlumat verən Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev bildirib ki, bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək:

“Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edəcək. Sənəd qəbulu sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayevanın sözlərinə görə, məktəbəhazırlıq qruplarına təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir:

“Məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur. Bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir. Uşaqlar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Bundan başqa, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün hər hansı ümumi forma nəzərdə tutulmayıb. Valideyn uşağın doğum haqqında şəhadətnaməsi ilə qeydiyyatdan keçə bilər. Elektron qeydiyyat sistemi ilə bağlı rayonlardan xeyli müraciət almışıq. Bu səbəbdən bildirmək istəyirəm ki, məktəblərdə valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri yaradılıb”.

Xəbər 863 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +