Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


11.04.2019  12:21 

Nazirlik “ANS”dən 86 min manat tələb edir





A+  A-

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "ANS”i məhkəməyə verərək 86 min manat tələb edib.
XəzərNews.az xəbər verir ki, Nazirliyin Teleradio İstehsalat Birliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh, "ANS” Müstəqil Yayım və Media Şirkətindən 86 222,90 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunu alınaraq "Teleradio İB”yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

İddia tələbi onunla əsaslandırılıb ki, "Teleradio” İstehsalat Birliyi ilə cavabdeh "ANS” arasında 2004-cü il sentyabrın 1-də müqavilə imzalanıb. Müqaviləyə əsasən "Teleradio” İB "ANS”-in avadanlıqlarına enerji təminatını, texniki xidmət, mühafizə və təhlükəsizlik xidmətlərini yerinə yetirib. Oxşar müqavilə 2010-ci il yanvarın 25-də Teleradio İB ilə ANS ÇM arasında da imzalanıb.

Birinci müqavilədən "ANS” TV-nin "Teleradio”ya 72 773,49 manat, ikinci müqavilədən "ANS ÇM”in isə 13 499,41 manat borcu yaranıb.

"Teleradio” yaranmış borcların ödənilməsi ilə bağlı dəfələrlə, sonuncu dəfə 2017-ci il iyulun 17-də müraciət etsə də, heç bir ödəniş olunmayıb.

"ANS” Müstəqil Yayım və Media Şirkətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, şirkətin nümayəndəsi məhkəmə iclasına gəlməyib.

Məhkəmə gedişatında "Teleradio” İB-nin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, "ANS ÇM”in borcunu bağışlayaraq, yalnız TV-nin borcuna görə "ANS” şirkətindən 72 773,49 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Teleradio İstehsalat Birliyinə ödənilməsini xahiş edib.

Hakim Səbinə Nuriyeva iddianı təmin edib və qeyd olunan məbləğin "ANS”dən tutularaq Teleradio İstehsalat Birliyinə ödənilməsinə qərar verib.

Xəbər 920 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +