Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


16.08.2017  13:38 

Azərbaycanın karate federasiya çətin durumda - İdmançılar 1 ildir maaş üzünə həsrətdir





A+  A-

Son illərdə Azərbaycanda məşhurlaşan idmanın karate növü Azərbaycan Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra çətin vəziyyətə düşüb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idmançılar 1 ilə yaxındır ki, maaş üzünə həsrətdirlər.

Azərbaycan Karate Federasiyasının rəhbərliyi maliyyə məsələsində də çətinliyə düşüb. Karateçilərimiz Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) ümidinə qalsa da, maddi yardım ayrılmır. AGİN-in karateçilərimizə diqqət ayırmaması hətta onların məşq etməsinə də mane olur. Beynəlxalq Bankın sponsorluq etdiyi zamanlarda “İnter Arena”da hazırlıq keçən komanda artıq buradan da məhrum olub. Arenanın sahibləri icarə haqqını vermədiyi üçün karateçilərimizin orada məşq etməsini qadağan edib.

Nazirlik federasiyaya sponsor tapacağını bildirsə də, bu məsələyə də diqqət ayırmır. Hətta karateçilərimizin əksəriyyəti fərdi şəkildə məşq edir. Bəziləri isə yalnız xarici ölkələrdə keçdikləri seminarlardan pul alırlar. Kim bu seminarlara gedə bilirsə, müəyyən məvacib əldə edir. Əksəriyyət belə seminarlara qatılmağa da imkan tapmırlar.

Maliyyə çətinlikləri üzündən hətta komanda bir ara da məşqçisiz qalmışdı. Rəhman Hətəmov həm federasiyanın vitse-prezidenti idi, həm də komandaya baş məşqçilik edirdi. Hazırda çətin vəziyyətdə olan idmançılar bu durumdan çıxmaq üçün yollar axtarırlar.

Qeyd edək ki, karate 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

Xəbər 1581 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +