İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.10.2021  12:50 

“O Gürcüstana dövlət çevrilişi etmək üçün gəlib“ - İrakli Kobaxidze





A+  A-

Gürcüstanın hakimiyyət orqanları sabiq prezident Mixeil Saakaşvilinin ölkəyə dövlət çevrilişi etmək, həmçinin iğtişaşlar törətmək məqsədilə gəldiyini bildirib.

XəzərNews xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının rəhbəri, parlamentin sabiq spikeri İrakli Kobaxidze şənbə günü jurnalistlərə deyib.

“O Gürcüstana ona görə gəlib ki, dövlət çevrilişi həyata keçirsin və ölkədə iğtişaşlar törətsin. Buna görə də hüquq-mühafizə orqanları onun yeni cinayətlərinin qarşısını almaq üçün bütün tədbirləri görüb”, - deyə Kobaxidze bildirib. O, əlavə edib ki, Saakaşvili ilə bağlı prosedurlar hüquq normalarına uyğun aparılacaq.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dünən axşam Mixeil Saakaşvilinin saxlanıldığını bildirib. Sabiq prezident Rustavi şəhərindəki həbsxanaya aparılıb.

Xəbər 1807 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +